Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda hotellərdəki yerilərin 80%-ə yaxını istifadəsiz qalıb

2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 20,1 faiz səviyyəsində olmuşdur (2022-ci ildə 15,7 faiz). Qısası, hotellərin birdəfəlik tutumunun 79,9%-indən istifadə olunmayıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda hotellərdəki yerilərin 80%-ə yaxını istifadəsiz qalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Statistika Komitəsi 2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.

Marja.az məlumata istinadən xəbər verir ki, 2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci illə müqayisədə 29,3 faiz artaraq 3422,3 min olmuşdur. Gecələmələrin ümumi sayının 57,6 faizi Bakıda, 5,5 faizi Qubada, 4,7 faizi Xaçmazda, 4,2 faizi Naftalanda, 4,0 faizi Qəbələdə, 3,9 faizi Qusarda, 3,7 faizi Şabranda, 3,2 faizi Lənkəranda, 1,5 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Qaxda, 1,0 faizi Gəncədə, 0,9 faizi Masallıda, 0,9 faizi İsmayıllıda, 0,9 faizi Şamaxıda, 0,8 faizi Şəkidə, 0,6 faizi Şuşada, 0,5 faizi Mingəçevirdə və 4,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci illə müqayisədə 33,7 faiz artaraq 1 milyon 864 min olmuşdur ki, bu da ümumi gecələmələrin 54,5 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 15,2 faizi Rusiya Federasiyası, 10,3 faizi Hindistan, 9,7 faizi Səudiyyə Ərəbistanı, 7,8 faizi Türkiyə, 7,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,7 faizi Küveyt, 3,6 faizi İsrail, 2,9 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,9 faizi Böyük Britaniya, 2,2 faizi Özbəkistan, 2,0 faizi Pakistan, 1,9 faizi Çin, 1,8 faizi Gürcüstan, 1,5 faizi Almaniya, 1,2 faizi İtaliya, 0,9 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,7 faizi Belarus, 0,7 faizi Fransa, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,5 faizi Oman, 0,5 faizi Polşa, 0,4 faizi Niderland, 17,4 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5 faizi Bakıda, 4,0 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,5 faizi Qusarda, 0,5 faizi Şabranda, 2,3 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci illə müqayisədə 24,4 faiz artaraq 1 milyon 558,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 45,5 faizini təşkil edir.

2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,6 faiz artaraq 488,8 milyon manat olmuşdur ki, onun da 60,0 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,7 faizi ictimai iaşə xidmətlərindən, 3,4 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərin sayı) istifadə 20,1 faiz səviyyəsində olmuşdur (2022-ci ildə 15,7 faiz). Bu göstərici Şabranda 51,4 faiz, Naftalanda 44,1 faiz, Beyləqanda 29,9 faiz, Bakıda 29,8 faiz, Qubada 27,4 faiz, Lənkəranda 25,7 faiz, Ağcabədidə 22,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.

29.01.2024 12:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ