Sığorta bazarında 27-28 % böyümədən sonra 15-16 % artım gözlənilir
"Son üç ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sektorunun inkişafına yönəlmiş layihəyə start verdik. Ötən ilin dekabrında bu layihəni uğurla bitirdik. Layihənin birinci ilində sığorta sektorunda 15 -16 %, ikinci ildə 18 % , üçüncü il isə 27-28 % artım əldə edildi. Bu, böyük bir göstəricidir. Bu layihənin növbəti üç ildə də davam etdirilməsi nəzərdə tutulub".
Bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev deyib.
O əlavə edib ki, bu ilin yanvar ayından peşəkar bazar iştirakçıları ilə birlikdə onun icrasına başlanılıb. Layihə Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığort Bürosu arasında imzalanmış birgə memorandum çərçivəsində icra olunur. Nəticədə bu il ölkənin sığorta bazarında minimum 15-16 % artım gözləyirik. Bu istiqamətdə addımlar atılacaq.
Elmar Mirsalayev, "Ötən il 27-28 % artım olduğu halda niyə bu il 15-16 %?" sualına belə cavab verib:
"Bu, əslində zəif göstərici deyil. İlkin mərhələdə müəyyən boşluqları doldurmağa başlayanda hər zaman böyük rəqəmlər ortaya çıxır və növbəti illərdə proses davam etdikcə bir növ stabilləşmə baş verir. Bu da bizim üçün yaxşı göstəricidir. Planlarımızı düşünülmüş şəkildə icra edirik. Qeyd etdiyim 15-16 % proqnoz minimum həddir. İlin sonuna bundan da artıq rəqəmlər ola bilər".
ASA-nın icraçı direktoru əlavə edib ki, icbari sığorta növləri üzrə bu il yeni məhsulların hazırlanması və bazara çıxarılması düşünülmür. Amma könüllü növlərdə yeni məhsulların təklif edilməsi mümkündür: "Bazarın ehtiyacı olduqda şirkətlər istənilən könüllü sığorta növünü hazırlayıb bazara çıxaracaq. ASA periodik olaraq bununla bağlı təhlillər aparır. Bazarda tələbat olduqda dərhal şirkətlər yeni məhsul təqdim edirlər".
Qeyd edək ki, ötən il Azərbaycanda 1 milyard 222 milyon 537 min manat sığorta haqqı toplanılıb ki, bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur. Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587 milyon 325 min manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % artım deməkdir. İl ərzində könüllü sığorta növlərinin hesabına 888 milyon 104,3 min manat (illik +22 %) sığorta haqqı toplanılıb. Könüllü sığorta növləri üzrə ödənişlərin məbləği isə 479 milyon 252,5 min manat (illik +41,9 %) olub. 12 ayda icbari sığorta növləri üzrə sığorta haqları 334 milyon 432,8 min manat (illik +37,8 %), sığorta ödənişləri isə 108 milyon 072,4 min manat (illik +13,1 %) təşkil edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
3 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır

















