AZAL 100 ödənişsiz aviabilet təqdim edir - Pulsuz səyahət imkanı
"Azərbaycan Hava Yolları" 40-dan çox istiqamət üzrə pulsuz gediş-dönuş aviabiletləri təklif edən “Səyahət etmək vaxtıdır” adlı müsabiqəyə start verir.
Marja.az "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinini yaydığı məlumata istinadən xəbər verir ki, müsabiqə 1-21 fevral tarixlərində davam edəcək.
Müsabiqə çərçivəsində hər birinə 23 kq-a qədər baqaj limiti daxil olan 100 ödənişsiz aviabilet oynanılacaq.
Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirak üçün linkə keçid edərək aviaşirkətin rəsmi saytındakı anketi doldurmaq kifayətdir: https://bit.ly/azalcontestpr
Aviaşirkətin “Facebook” sosial şəbəkəsində canlı yayımda təsadüfi yolla 50 qalib seçiləcək. Nəticələr hər həftə – fevralın 8, 15 və 22-də elan olunacaq.
50 qalibin hər biri özü və səyahət etmək istədiyi şəxs üçün iki gediş-dönüş aviabileti əldə edəcək. Biletlərin eyni uçuşa alınması vacib şərtdir.
Qeyd edilib ki, müsabiqədə yalnız bir dəfə iştirak etmək mümkündür. Çarter və kod-şerinq reysləri müsabiqədə nəzərə alınmır.
Şanslı qalib olub AZAL-dan pulsuz aviabiletlər qazanmaq fürsətini qaçırmayın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 15 saat sonra
- 16 d. əvvəl
- 27 d. əvvəl
- 29 d. əvvəl
- 38 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Ən çox oxunanlar
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















