Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan bankı “fintech” və “startup” şirkətlər ilə inteqrasiyaları genişləndirməyi hədəfləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankı “fintech” və “startup” şirkətlər ilə inteqrasiyaları genişləndirməyi hədəfləyir

"Növbəti strateji dövrdə vizyonumuz KOB və biznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmaqdır. Çünki burada inkişaf və innovasiyaların tətbiqi üçün əhəmiyyətli imkanlar mövcuddur. Bu sahəyə investisiyaları artırmağı, rəqəmsallaşma təşəbbüslərimizi davam etdirməyi planlaşdırırıq. Kredit verilməsi əsas xidmət olsa da, bizneslərin gündəlik əməliyyat və inkişaf ehtiyaclarını dəstəkləyən hərtərəfli xidmətlər qurmağa çalışırıq. Məqsədimiz yalnız maliyyə ehtiyaclarını ödəməklə kifayətlənməyən, KOB müştərilərimiz üçün loyallıq və əlavə dəyər yaradan bank mühiti formalaşdırmaqdır".

Marja.az xəbər verir ki, bunu Unibankın İdarə Heyətinin sədri Fərid Abuşov bildirib.

Reklam_3_11

O qeyd edib ki, kiçik və orta biznes seqmentlərində şəffaflığın artması, rəqəmsallaşma və vergi qanunvericiliyində dəyişikliklər, bu isqitamətdə daha dərin inkişaf üçün yeni imkanlar yaradır. Bu dəyişikliklər KOB məhsul və xidmətlərimizi genişləndirməyə və çeşidləndirməyə imkan verir: Növbəti strateji dövrdə müştəri ehtiyaclarını və istəklərini dərindən təhlil etməklə, bizneslər üçün əsas problemləri müəyyənləşdirməyə və rəqəmsallaşma təşəbbüsləri ilə həll etməyə ciddi diqqət yetirməyə davam edəcəyik. Hesab edirik ki, yeni rəqəmsal həllərimiz bizneslərin maliyyə əlçatanlığını artırmaqla bərabər, ehtiyaclara birbaşa ünvanlandığı üçün uğurlarına və böyümələrinə ciddi dəstək olacaq". 

Fərid Abuşov əlavə edib ki, növbəti dövrdə strateji baxışımıza toxunmuşkən qeyd etmək istərdim ki, biz həmçinin fiziki şəxslərin də bank məhsullarından daha rahat istifadəsinə, məsafədən xidmət kanallarının artırılmasına, xüsusilə bank xidmətlərindən kənarda qalan və ya bu xidmətlərdən az istifadə edən əhalinin üzləşdiyi çətinlikləri həll etməyə yönələn rəqəmsal kanallardakı kompleks innovativ fəaliyyətimizə sadiq qalacağıq. Növbəti illərdə müştərilərlə təmas nöqtələrini mümkün qədər rəqəmsal həllərə daşımaqla, vətəndaşların filialdan aslı olmadan bank xidmətləri almasını daha da asanlaşdıracağıq. Bu çərçivədə qanunvericilik aktlarında edilən son dəyişikliklərin verdiyi imkanlara müvafiq “fintech” və “startup” şirkətlərlə inteqrasiyaları genişləndirməklə, yeni eko-sistemlərdə daha çox vətəndaşa bank xidmətlərinə əlçatanlığı artırmağı hədəfləyirik.

2023-cü ildə bankımız rəqəmsallaşma, Sİ və müştəriyönümlü strategiyalardan istifadəylə böyük irəliləyiş əldə edərək, əhəmiyyətli maliyyə, əməliyyat və bazar uğurları qazandı. Bu il də ötən il olduğu kimi davamlı innovasiya, təkmilləşmə və bank sektorunda rəqəmsal transformasiya yolunda liderliyə sadiqik. Strateji baxışımız pərakəndə müştərilərlə yanaşı, biznesə, xüsusilə mikro və KOB-lara xidmətləri daha da yaxşılaşdırmağa fokuslanır. Müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, sürətli, səmərəli və dəyər əsaslı rəqəmsal həllərlə, biz onların bank təcrübələrini kökündən dəyişdiririk. 

Həmçinin strateji baxışımız üzrə əsas prioritetlərimizə ESİ (Ekologiya, Sosial məsələlər və Korporativ İdarəetmə) standartlarına uyğun şəkildə fəaliyyətimizi genişləndirməyi və bu istiqamətdə 3 illik strateji planımızı müəyyən etməklə müvafiq fəaliyyətimizi həyata keçirməyi daxil etmişik. Ümumilikdə qeyd edim ki, Bankımız fəaliyyətində həmişə bu istiqamətə xüsusi önəm verib, ətraf mühitin mühafizəsi, sosial dəstək və vətəndaşların aktual məsələlərdə maarifləndirməsi yönündə bir sıra layihələri müntəzəm həyata keçirib.

Növbəti dövrdə ESİ istiqamətində fəaliyyətimizin əsas istiqamətlərinə ətraf mühitin mühafizəsinə dəstək tədbirləri və layihələrində aktiv iştirak, eko-maliyyə məhsullarının biznes müştərilərinə və vətəndaşlara güzəştlə təklifi, bu istiqamətdə maarifləndirmənin daha geniş aparılması, bank xidmətlərinə çıxışı olmayan vətəndaşların əlçatanlığının artırılması, sosial iş, içtimai iştirakçılıq istiqamətində layihələrdə aktiv fəaliyyətin qurulması üzrə addımlar daxildir. Hazırda Bankda bu çərçivədə 3 illik strateji planlama həyata keçirilir. İl ərzində və növbəti illərdə Bankımızın bu çərçivədə göstərdiyi fəaliyyət daha ətraflı şəkildə ayrıca Bankın Dayanıqlı hesabatında əks edilməklə ictimaiyyətlə bölüşüləcək.

fintech startup unibank Fərid Abuşov
06.02.2024 17:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ