Dollara təsir edən kritik məlumatlar açıqlanacaq
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da inflyasiya göstəriciləri açıqlanacaqdır. "Marja" xəbər verir ki, bu göstəricilər qlobal bazarlar tərəfindən səbirsizliklə gözlənilir. Çünki ABŞ Mərkəzi Bankı Fed inflyasiyanın ləng artmasına görə faizləri artırmağı təxirə salır.
Fed-in bu ilin Dekabr ayında faiz artırması ehtimalı inflyasiyadan asılıdır. Əgər inflyasiya sürətlənməsə, Fed faiz atırmağı gələn ilə qədər təxirə sala bilər. Bu da Dolların əlavə ucuzlaşmasına gətirib çıxarda bilər.
İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!
İqtisadşılar ABŞ-da İyul ayında inflyasiyanın aylıq 0,2%, baza inflyasiyanın da 0,2%, illik baza inflyasiyanın isə 1,7% artacağını gözləyirlər.
Əgər açıqlanacaq faktlar proqnozlardan yüksək olarsa ABŞ valyutası bahalaşa və Fed-in faiz artıracağı ehtimalı güclənə bilər. Əks halda (inflyasiya proqnozlardan aşağı çıxarsa) ABŞ dolları bir qədər də zəifləyə və Fed-in faiz artıracağı ehimalı azalar.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Zaman | Valyuta | Hadisə | Proqnoz | Əvvəlki |
11 Avqust 2017 | ||||
16:30 | USD | Baza İstehlakçı Qiymətləri İndeksi (inflyasiya) (Aylıq) | 0,2% | 0,1% |
16:30 | USD | İstehlakçı Qiymətləri İndeksi (inflyasiya) (Aylıq) | 0,2% | 0,0% |
16:30 | USD | Baza İstehlakçı Qiymətləri İndeksi (inflyasiya) (İllik) | 1,7% | 1,7% |
Yeri düşmüşkən, dünən açıqlanana məlumata görə ABŞ-da İstehsalçı Qiymətləri İndeksi, İyul ayında əvvəlki ayla müqayisədə 0.1 faiz düşərək (deflyasiya) gözləntiləri qarşılamayıb. İqtisadçılar istehsal inflyasiyasının 0.1 faiz artmasını gözləyirdilər. İstehsalçı Qiymətləri İndeksi, 2016-cı ilin Avqustundan bu yana ilk dəfə aylıq müqayisədə düşüb.
İstehsalçı qiymətləri, illik olaraq 1.9 faiz yüksəlib. ABŞ Əmək Nazirliyinin Cümə günü açıqladığı məlumat, ölkədə inflyasiyanın yumşaq qalacağı siqnallarını verib.
İstehlakçı qiymətlərində baş verən bu azalmaya, xidmət xərclərindəki 0.2%-lik azalma təsirli göstərib.
Məlumat, inflyasiya təzyiqlərinin istehsal prosesinin müxtəlif mərhələlərində nisbi olaraq sabit qaldığını göstərib və "Fed faizləri niyə mərhələli olaraq artırmaq istəyir" sualına cavab verməkdə kömək edib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
8 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
9 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 9 saat əvvəl
-
9 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























