SOCAR Türkiyədə yeni investisiya layihələrinin icrası üçün baş plan hazırlayır
SOCAR Türkiyənin neft-kimya sektorunda yeni investisiya layihələrinin icrasını planlaşdırır.
Bu barədə olan “SOCAR Turkiyə Enerji” şirkətinin (SOCAR-ın Türkiyədəki törəməsi) baş direktoru Elçin İbadov bəyan edib.
“Biz Türkiyə enerjisi üçün vacib komponentlərdən biri olan neft-kimya sahəsində yeni layihələr hazırlayacağıq. Bilik və təcrübəmizdən istifadə edərək, investisiya alternativlərini qiymətləndirdiyimiz baş plan üzərində işləyirik. Çalışırıq ki, alternativin müəyyən edilməsi və onun həyata keçirilməsi üçün yaxın aylarda işə başlayaq. Bu da ölkələrimiz üçün ən dəqiq və effektiv töhfə verəcək”, - Türkiyənin “Dünya” nəşri İbadovun sözlərindən sitat gətirir.
İbadov qeyd edib ki, SOCAR 15 il ərzində Türkiyədəki layihələrə ümumilikdə 18,3 milyard dollar investisiya yatırıb.
"SOCAR Turkiye" “yol xəritəsi”nə uyğun olaraq gələcəkdə neft emalı və neft kimyasından ibarət əsas fəaliyyət növlərinə strateji investisiyalar hesabına öz istehsal gücünü, kommersiya və əməliyyat səlahiyyətlərini ən yüksək standartlara çatdıracaq", - İbadov vurğulayıb.
O əlavə edib ki, neft-kimya məhsullarının beynəlxalq ticarəti, elektrik enerjisi və təbii qaz ixracının artırılması, logistika və saxlama sistemlərinin etibarlılığının artırılmasına sərmayə qoyulması, həmçinin aviasiya yanacağı ilə davamlı əməliyyatlar kimi artım layihələri şirkətin «gündəliyindədir».
Şirkətin Türkiyənin qaz sahəsindəki fəaliyyətinə toxunan İbadov qeyd edib ki, “SOCAR Türkiyə Enerji” artıq qaz tədarükünün fasizləsiz və səmərəliliyini təmin etmək üçün işlədiyi Türkiyə əyalətlərində yeni investisiyalara diqqət yönəltmək niyyətindədir.
"Biz müştərilərimizin ehtiyaclarını nəzərə alaraq paylama şəbəkələrinin genişləndirilməsi hesabına bu sahədə fəaliyyətimizi genişləndirməyi planlaşdırırıq. Əvvəlki kimi, davamlı inkişaf əsas istiqamətlərimizdən biri olaraq qalacaq. Bütöv strategiya sayəsində biz enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələrin sayını artıracağıq, həmçinin Türkiyədə ekoloji cəhətdən təmiz məhsulların hazırlanması yolu ilə dekarbonizasiyanı sürətləndirəcəyik. Rəqəmsal transformasiyaya istiqmətimizə uyğun olaraq biz həmçinin modernləşdirmə və optimallaşdırma (müəssisələrin ) səylərini davam etdiririk", - İbadov bildirib.
O əlavə edib ki, şirkət insan resurslarının inkişafını dəstəkləməyə və bu sahədə yeni təcrübələr tətbiq etməyə davam edəcək.
“SOCAR Turkiye Enerji” 2006-cı ilin sonunda Türkiyədə neft emalı, neft-kimya və təbii qaz ticarəti sahəsində investisiya layihələrinin həyata keçirilməsi məqsədilə yaradılıb.
Şirkət “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “STAR” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının inşasını həyata keçirmiş şirkət, həmçinin daxili bazara da qaz tədarük edir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 2 gün sonra
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı

























