Kapital Bank 2024-cü ilin 1-ci rübünün maliyyə nəticələrini elan edib
Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2024-cü il tarixinə 8.8 milyard manat təşkil edib.
Bankın yaydığı press-relizdə bildirilir ki, müştərilərə verilən kreditlərin həcmi isə 4.4 milyard manat olub.
1 aprel 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.7 milyard manat təşkil edib.
Bankın 1 aprel 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 882 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
44 d. əvvəl
Özbəkistanın “Artel” və “AKFA” şirkətlərinin nümayəndələri ilə Bakıda görüş keçirilib
-
1 saat əvvəl
1,7 milyondan çox aksiz markasız “Cavallo”, “Platinium”, “Milano”aşkar edildi - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı açıqlanıb
-
4 saat əvvəl
"PAŞA Həyat" ən çox tövsiyə olunan həyat sığortası şirkəti seçildi
-
5 saat əvvəl
Azərbaycanda “E-Şikayət” sistemində karqo üzrə şikayətlər qəbul olunacaq
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sahibkarlığın İnkişafı Fondunun banklardakı depozitləri 29 % artıb
- 7 saat əvvəl