Bazarstore – təltif edildi
(®) Bazarstore - Əməyin Mühafizəsi Günü ilə əlaqədar fəal əməkdaşlığa görə təltif edildi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib. Konfrans 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.
Tədbirdə dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, əməkdaşlıq edilən ölkələrin nümayəndələri, sahibkarlar və digər şəxslər iştirak edirdi.
2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İqlim dəyişikliyi əməyin mühafizəsinə müxtəlif yollarla təsir edir. Bu səbəbdən işçilərin sağlamlığı və təhlükəsizliyinin təmin olunması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlığa həmçinin əməyin mühafizəsi ilə əlaqədar fəal əməkdaşlığa görə Bazarstore tədbirdə təltif edildi.
Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 92 mağazası və 4000-ə yaxın çalışanı ilə xidmət göstərir.
“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
3 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 4 saat əvvəl
-
4 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























