Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verib
Mobil operator abunəçilərinə xüsusi tarif paketləri və özəl imkanlar təklif edir(®) Azercell müştərilərin müasir mobil ehtiyaclarına uyğun müxtəlif həcmli və qiymətli tarif paketlərini təqdim etməyə davam edir.
Ölkənin lider mobil operatoru Premium tarifini fakturali və fakturasiz (SimSim) xətt abunəçilərinin istifadəsinə verib. Premium tarif paketlərində müxtəlif qiymət aralıqlarını əhatə etmək məqsədilə daha çox seçim mövcuddur:
Bütün Premium paketləri daxilində WhatsApp və FB Messenger tətbiqlərində mətn yazışmaları üçün 1GB internet təqdim olunur.
Bununla yanaşı, Premium tarifinə qoşulan abunəçilər Azercell-in Premium+ Loyallıq Proqramına da üzvlük əldə edirlər. Sözügedən proqram müştərilərə fərdi Premium dəstək xətti, Əlaqə Mərkəzinə ödənişsiz və üstünlüklü müraciət etmə imkanı, Azercell Eksklüziv ofislərində "Fast Track" ("Sürətli keçid") xidməti, pulsuz Mobil Müştəri Xidmətindən istifadə, ad günü hədiyyələri və digər xüsusi imtiyazlar verir.
Qeyd edək ki, Premium+ Loyallıq Proqramına Premium 50GB, Premium 75GB və Premium 100GB tariflərinin abunəçiləri, həmçinin də Azercell şəbəkəsində son 6 ay ərzində aylıq abunə xərci 40 AZN və daha çox olan abunəçilər (hər ay üzrə bu limiti keçməlidir) üzvlük əldə etmiş olurlar.
Premium tarifi və Premium+ Loyallıq Proqramı barədə daha ətralı məlumatla tanış olmaq üçün aşağıdakı linklərə keçid edin: https://www.azercell.com/az/personal/premium-plus.html
https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/premium-tariff.html
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























