Azərbaycana buğda, şəkər, çay, siqaret və dərmanların idxalı daha çox azalıb

Xarici ticarət əlaqələri haqqında 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 93 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 9 milyard 905,5 milyon ABŞ dolları təşkil etmişdir.
Ticarət dövriyyəsinin 6 milyard 193,9 milyon dollarını və ya 62,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 3 milyard 711,6 milyon dollarını (37,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 milyard 482,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20,0 faiz, real ifadədə 13,9 faiz, o cümlədən idxal 20,2 faiz, ixrac isə 10,8 faiz azalmışdır. 2024-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 26,2 faiz, real ifadədə 33,3 faiz azalaraq 673,7 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 21,6 faizi İtaliya, 15,2 faizi Türkiyə, 9,2 faizi Rusiya, 7,7 faizi Çin, 6,5 faizi İsrail, 5,2 faizi Hindistan, 4,3 faizi Almaniya, 2,3 faizi Tailand, 1,8 faizi Gürcüstan, 1,7 faizi ABŞ, 1,6 faizi Bolqarıstan, 1,4 faizi İran, 1,3 faizi Tunis, hər biri 1,2 faiz olmaqla Rumıniya və Çexiya, hər biri 1,1 faiz olmaqla Fransa, Portuqaliya, Ukrayna və Belarus, 13,4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 33,2 faizini İtaliyaya, 15,5 faizini Türkiyəyə, 10,5 faizini İsrailə, 7,6 faizini Hindistana, 4,0 faizini Almaniyaya, 3,8 faizini Rusiyaya, 3,4 faizini Tailanda, 2,7 faizini Gürcüstana, 2,4 faizini Bolqarıstana, 2,0 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Portuqaliya, Rumıniya və Çexiyaya, 1,3 faizini Yunanıstana, hər biri 1,0 faiz olmaqla Polşa və Fransaya, 0,9 faizini İndoneziyaya, hər biri 0,8 faiz olmaqla Xorvatiya və İspaniyaya, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,5 faiz), Türkiyəyə (22,3 faiz), Gürcüstana (8,9 faiz), Ukraynaya (3,6 faiz), Qırğızıstana (3,1 faiz), İsveçrəyə (3,0 faiz), Türkmənistana (2,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (2,0 faiz), ABŞ-a (1,8 faiz), Qazaxıstana (1,7 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), İspaniyaya (1,2 faiz), Rumıniyaya (1,0 faiz), Belçikaya (1,0 faiz), Almaniyaya (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 20,0 faizi Çin, 17,8 faizi Rusiya, 14,5 faizi Türkiyə, 4,9 faizi Almaniya, 4,1 faizi ABŞ, 3,5 faizi İran, 2,9 faizi İtaliya, 2,6 faizi Belarus, 2,4 faizi Koreya, 2,2 faizi Türkmənistan, 2,1 faizi Ukrayna, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Qazaxıstan və Yaponiya, 1,4 faizi Fransa, 1,3 faizi Hindistan, 1,0 faizi Vyetnam, 0,9 faizi Polşa, hər biri 0,8 faiz olmaqla Özbəkistan və Braziliya, 11,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2024-cü ilin yanvar-mart aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,4 faiz, təzə tərəvəz – 23,7 faiz, tütün – 3,5 dəfə, 3 meyvə və tərəvəz şirələri – 28,7 faiz, bitki yağları – 3,8 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 83,2 faiz, kartof – 26,0 faiz, pambıq lifi – 2,2 dəfə, mineral gübrələr – 51,6 faiz, sement klinkerləri – 16,6 faiz, bentonit gili – 10,9 faiz artmış, şəkər ixracı isə – 48,8 faiz, meyvə və tərəvəz konservləri – 9,5 faiz, çay – 13,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 43,9 faiz, polipropilen – 24,8 faiz, polietilen – 35,1 faiz, emal olunmamış alüminium – 43,0 faiz, pambıq ipliyi – 45,5 faiz, qara metallardan borular – 40,4 faiz, qara metallardan çubuqlar – 3,7 faiz azalmışdır.
2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2024-cü ilin yanvar-mart aylarında təzə meyvə idxalı 26,6 faiz, bitki yağları – 51,5 faiz, şokolad və şokolad məhsulları – 20,5 faiz, unlu qənnadı məmulatları – 24,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,9 faiz, mal əti – 2,3 dəfə, təzə tərəvəz – 52,8 faiz, qara metallardan borular – 95,4 faiz, hesablama maşınları, blok və qurğuları – 60,3 faiz, yük avtomobilləri – 33,1 faiz, sintetik yuyucu vasitələr – 1,0 faiz, qara metallardan çubuqlar – 4,0 faiz, mebellər – 94,2 faiz, mineral gübrələr – 2,1 dəfə, məişət kondisionerləri – 2,4 dəfə, paltaryuyan maşınlar – 16,8 faiz, polipropilen – 56,7 faiz artmış, buğda idxalı isə 40,5 faiz, xam şəkər – 19,3 faiz, kartof – 5,9 faiz, quş əti və onun əlavə məhsulları – 9,7 faiz, çay – 29,3 faiz, siqaretlər – 50,9 faiz, minik avtomobilləri – 8,6 faiz, dərman vasitələri – 23,0 faiz, polad prokatı – 11,5 faiz, rezin şinlər – 28,6 faiz, polietilen – 22,5 faiz, qara metallardan künclüklər – 13,7 faiz, məişət soyuducuları – 1,3 faiz, avtobuslar – 23,9 faiz, sement – 13,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 14 saat əvvəl
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
