Startaplarımız 10000 avro qazanmaq üçün mübarizəyə qoşulacaq
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə reallaşan dünyanın ən geniş “cleantech” müsabiqəsi "ClimateLaunchpad"-ın final mərhələsi keçirilib.
Azərbaycanın ilk dəfə qoşulduğu “ClimateLaunchpad” müsabiqəsində iştirak edən 13 startap komandası ölkə finalında qalib olmaq uğrunda mübarizə aparıb.
Qalib 3 komanda ölkəmizi 17-18 oktyabr 2017-ci ildə Kiprin Limasol şəhərində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar:
· 1-ci yer: Co2atalyser (http://co2atalyser.com/)
· 2-ci yer: EMWAES
· 3-cü yer: Sh2ower (www.sh2ower.com)
“Audience Favorite Startup” – İzləyicilərin Favorit Startapı nominasiyası üzrə iki 14 yaşlı gəncin “Rainergy” adlı layihəsi qalib olub. Bundan əlavə, layihə çərçivəsində aylardır göstərdiyi əvəzsiz dəstəyə görə Leyla Tağızadə “Social Innovation Lab” tərəfindən “Woman Philanthropist of the Year Award 2017” mükafatı ilə təltif edilib.
Qeyd edək ki, may ayından etibarən Azərbaycandan seçilən 13 komandaya intensiv təlim proqramları təşkil edilib. Təlim proqramları "ClimateLaunchpad" mərkəzi komandasının üzvü, Hollandiyadan ölkəmizə proqram təşkilatçıları tərəfindən göndərilmiş startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert Hans Vesterhof və lokal təlimçilər tərəfindən keçirilib. Təlim zamanı iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrəniblər. İki günlük bootcamp bitdikdən sonra komandalar 14 həftəlik ölkədaxili koçinq sessiyalarına başlayıblar. Burada komandalar yerli ekspertlər tərəfindən ClimateLaunchpad-ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyərək, özlərini ölkə finalına hazırlayıblar.
Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Dünya finalında 1-ci yer 10000, 2-ci yer 5000 və 3-cü yer sahibləri 2500 avro pul mükafatı ilə təltif olunacaqlar. Bundan başqa, dünya finalında ilk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük biznesə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaqlar. Akselerator proqramında hər bir layihəyə 3 mərhələdə 95,000 avro maliyyə dəstəyi verilir.
Bu ilin qalib ölkəsi növbəti il Grand Finale-a ev sahibliyi edəcək. İntensiv biznes məktəbi olan və təşəbbüskar insanların bir araya gəldiyi beynəlxalq platforma “Climate-KIC” proqramı 2010-cu ildə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən yaradılıb. ClimateLaunchpad proqramın Azərbaycan üzrə rəsmi təşkilatçısı Social Innovation Lab, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı (qızıl sponsor), Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə keçirlilir. Layihəyə SUP Accelerator, Next Step İnnovasiya Mərkəzi, Global Startup Hub, Bakı Mühəndislik Universiteti Texnoparkı və Youth Inc Biznes İnkubasiya Mərkəzi də dəstək verir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
10 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
12 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 15 saat əvvəl
-
15 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək






























