İğdır-Naxçıvan qaz kəmərinin inşası tezliklə yekunlaşacaq
Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilibBakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Görüşdə Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfqliyinin enerji əməkdaşlığını möhkəmləndirən töhfələrindən məmnunluq ifadə edilib. Hər iki ölkə liderlərinin Azərbaycan-Türkiyə enerji əməkdaşlığına böyük önəm verdiyi qeyd olunub. Neft-qaz sahəsində birgə həyata keçirilən enerji layihələrinin region və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatındakı rolundan bəhs edilib. Çoxşaxəli enerji tərəfdaşlığının yeni mərhələdə inkişafını təmin edən təbii qaz və “yaşıl enerji” sahələrindəki prioritetlər və gündəlikdə olan layihələr nəzərdən keçirilib.
Bildirilib ki, İğdır-Naxçıvan qaz kəmərinin inşası tezliklə yekunlaşacaq və ilin sonunadək Naxçıvan Türkiyə üzərindən qazla təchiz olunacaq. Hazırda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində çoxşaxəli əməkdaşlıq gündəliyinin olduğu, müvafiq Hökumətlərarası Sazişlə Azərbaycandan və üçüncü ölkələrdən Türkiyə və Avropaya qaz tədarükünə imkanlar yarandığı vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığın, Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsi üzrə “Yol Xəritəsi”nin cari vəziyyəti nəzərdən keçirilib.
Naxçıvandan keçməklə Türkiyəyə və Avropaya elektrik enerjisinin ixracı məsələləri ilə bağlı fəaliyyət göstərən İşçi qrupu tərəfindən Texniki Tapşırıq layihəsinin tezliklə yekunlaşdırılmasının, tərəflər arasında müvafiq Əməliyyat Sazişinin imzalanmasının, və layihənin texniki-iqtisadi əsaslandırmasına başlanması üçün məsləhətçi şirkətin seçilməsi də daxil müvafiq proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.
Söhbət zamanı bu il Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun keçirilməsinə də toxunulub və bu formatda davamlı tədbirlərin enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişafına töhfə verəcəyi bildirilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
11 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
11 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 12 saat əvvəl
-
12 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























