Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Naxçıvanda 102 dövlət əmlakı özəlləşdirilib - 7 DƏFƏYƏ YAXIN ARTIM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvanda 102 dövlət əmlakı özəlləşdirilib - 7 DƏFƏYƏ YAXIN ARTIM
iç səhifə xəbər şəkil altı-3 (mobil)_32

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyidən Marja-ya verilən məlumata görə, Nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin 6 ayı ərzində 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çox olub.  

Naxçıvanda özəlləşdirmə və icarədən daxilolmalar 5,5 dəfə artıb

Cari ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 911,9 min manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çoxdur.

Hesabat dövründə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 137,3 min manat təşkil edib, ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 faiz artım qeydə alınıb.

Ümumilikdə cari ilin ilk 6 ayında özəlləşdirmədən və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

Naxçıvanda 22 əmlakın satışı həyata keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən rəqabətli formada hərracların təşkili davam etdirilir. Belə ki, cari ilin ilin birinci yarımili ərzində 22 əmlakın hərracla satışı həyata keçirilib. Bunlardan 5-i qeyri-yaşayış obyekti, 15-i torpaq sahəsi, 1-i nəqliyyat vasitəsi və 1-i faydalı qazıntı yatağıdır. Hesabat dövründə keçirilən hərracların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz artıb.

Naxçıvanda keçirilmiş hərraclardan xidmət haqqı 3,4  dəfə artıb

2024-cü ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlakların özəlləşdirilməsi, icarəyə verilməsi və satışı diqqətdə saxlanılıb, bu sahədə şəffaflaşmanın tətbiqi nəticəsində daxil olan xidmət haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə artıb.

Elektron müraciətlərin sayı dəfələrlə artıb

2024-cü ilin 6 ayı ərzində  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətlərində dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından 2 mindən artıq elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.

Naxçıvanda iyulun 9-da növbəti hərrac keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi özəlləşdirilib.

Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Hərraca çıxarılan avtomobillərə edilən təkliflər start qiymətindən çox olub.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə http://emlak.nakhchivan.az/ rəsmi internet saytında müsabiqələr və hərraclar bölməsinə daxil olmaqla tanış olmaq mümkündür.

Vurğulanıb ki, hərraclarda mövcud qanunvericilik əsasında bələdiyyə mülkiyyətində, xüsusi mülkiyyətdə olan əmlakların, torpaqların, qeyri-yaşayış sahələrinin, nəqliyyat vasitələrinin, özəlləşdirilməsi, icarəyə verilməsi və satışı həyata keçirilir.

Yaxın gələcəkdə elektron hərracın tətbiqi ilə hərracların tamamilə elektron müstəviyə keçirilməsi nəzərdə tutulub.

Cari ay üzrə növbəti hərraclar 11,16 və 18 iyul tarixlərində keçiriləcək

Naxçıvanda elektron xidmətlərdən istifadə 4 dəfə artıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın elektron qeydiyyatı aparılıb, vətəndaşların elektron xidmətlərə əlçatanlığı təmin edilib, torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılıb və dövlət əmlakının registrinin elektron platformaya keçirilməsinə nail olunub.

 Həyata keçirilən tədbirlərin nəticəsi olaraq  2024-cü ilin 6 ayında elektron xidmətlərdən istifadə edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə artıb.   

Naxçıvanda “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin hədəf və missisiyası açıqlanıb

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın rəis müavini, rəsi vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə xidmətin hərraclar vasitəsi ilə satışı sahəsindəki funksiyalarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 9 fevral tarixli Fərmanı ilə yaradılmış “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin həyata keçirdiyini qeyd edib.

Mərkəzin missiyasının dövlət sifarişi əsasında dövlət əmlakının, dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət nəfinə keçməklə müsadirə olunan, üzərinə həbs qoyulan dövlət əmlakının, dövlət mülkiyyətinə keçirilən əmlakların, eləcə də bələdiyyə torpaqlarının müraciət əsasında hərraclarda satışı olduğu bildirilib.

Hərrac iştirakçıları üçün şəffaf və rəqabətli hərracların keçirilməsi qarşıya qoyulan hədəflərdən olduğu vurğulanıb.

Naxçıvanda keçirilən hərracların əhatə dairəsi genişlənib

Müxtəlif növ dövlət və qeyri-dövlət əmlaklarının satışı üzrə hərracların keçirilməsi üçün Hərracların Təşkili Mərkəzində müvafiq hazırlıq işləri başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şəhər (rayon) icra və probasiya şöbə və bölmələri, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində  “Geodeziya və  Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” publik hüquqi şəxsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi və müvafiq bələdiyyələrlə müqavilələr bağlanılıb.

Naxçıvan dövlət əmlak özəlləşdirmə icarə Müslüm Cabbarzadə
10.07.2024 13:48

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ