Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ziraat Bank Azərbaycan” ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 8 milyon 129 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 4 milyon 129 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan” nın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon manat və ya  2 dəfə artıb. Xalis mənfəətin artması həm gəlirlərin artmasından, həm də aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayrılan vəsaitin azalmasından qaynaqlanır.

GƏLİRLƏRİ ARTIB

Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 6 milyon 217 min manat və ya 23,9% artaraq 32 milyon 190 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 3 milyon 505 min manat və ya 22,2 % artaraq 19 milyon 278 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 2 milyon 712 min manat artaraq 12 milyon 912 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında  10 milyon 200 min manat).

"Ziraat Bank Azərbaycan" 2024-cü ilin yanvar-iyun dövründə əməliyyat mənfəətindən 4 milyon 782 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrıb (2023-cü ilin eyni dövründə 6 milyon 71 min manat ayırmışdı).

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

2024-cü ilin yanvar-iyun dövründə "Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri  136 milyon 295 min manat və ya 21,4 % artaraq  772 milyon 979 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər)  34 milyon  55 min manat və ya 8,7 % artaraq 424 milyon 997 min manata yüksəlib.   

BANKDA ƏHALİNİN PULU ARTIB

2024-cü ilin ilk 6 ayı ərzində "Ziraat Bank Azərbaycan"da cəmi depozitlər 121 milyon 13 min manat və ya 29,4 % artaraq 532 milyon 435  min manata, o cümlədən fiziki şəxslərin müddətli depozitləri  71 milyon 114 min manat artaraq 216 milyon 969 min manata yüksəlib.

MƏCMU KAPİTALI ARTIB

30 İyun 2024-cü il tarixində "Ziraat Bank Azərbaycan" ASC 121 milyon 89 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 111 milyon 601 min manat məcmu kapitala malik idi.

"Ziraat Bank Azərbaycan" ASC-nin səhmdarları “T.C.Ziraat Bankası” ASC (99.98%),  “Ziraat Teknoloji” ASC (0.01%) və  “Ziraat Yatırım Menkul Değerler” ASC-dir (0.01%).

13.07.2024 21:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ