Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Yelo Bank"dan böyük məbləğdə vəsait çıxarılıb, bank kiçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yelo Bank"dan böyük məbləğdə vəsait çıxarılıb, bank kiçilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Yelo Bank" ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 26 milyon 19 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 8 milyon 724 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yelo Bank"ın xalis mənfəəti 2024-cü ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyon 295 min manat və ya təximən 3 dəfə artıb.

Reklam_3_11

GƏLİRLƏRİ ARTIB

Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Yelo Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 37 milyon 833 min manat və ya 65,7% artaraq 95 milyon 406 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 17 milyon 424 min manat və ya 31,5% artaraq 72 milyon 773 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 20 milyon 409 min manat artaraq 22 milyon 633 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 2 milyon 224 min manat).

Həmçinin, ilk 6 ayda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 3 milyon 386 min manat mənfəətə əlavə olunub. 2023-cü ilin eyni dövründə ehtiyatdan azad olan 6 milyon 500 min manat mənfəətə əlavə olunmuşdu.

BANK KİÇİLİB

2024-cü ilin yanvar-iyun dövründə, ötən ilin sonu ilə müqayisədə "Yelo Bank”ın cəmi aktivləri 441 milyon 801 min manat və ya 28,2% azalaraq 1 milyard 124 milyon 652 min manata düşüb. Bankda hüquqi şəxslərin (şirkətlərin) vəsaitləri azaldığı üçün nağd pul və ekvivalentləri 527 milyon 56 min manat azalaraq 160 milyon 237 min manata düşüb.

KREDİT PORTFELİ BÖYÜYÜB

2024-cü ilin yanvar-iyun dövründə, ötən ilin sonu ilə müqayisədə "Yelo Bank”ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 82 milyon 430 min manat və ya 10,8% artaraq 846 milyon 740 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 31 milyon 465 min manat artaraq 239 milyon 103 min manata, biznes kreditləri portfeli 46 milyon 632 min manat artaraq 529 milyon 760 min manata, ipoteka kreditləri portfeli 4 milyon 333 min manat artaraq 77 milyon 877 min manata qalxıb.

ŞİRKƏTLƏR BÖYÜK MƏBLƏĞDƏ VƏSAİT ÇIXARIB

2024-cü ilin ilk 6 ayı ərzində "Yelo Bank”da cəmi depozitlər 484 milyon 255 min manat və ya 37,5% azalaraq 807 milyon 768 min manata geriləyib. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 62 milyon 981 min manat artaraq 634 milyon 409 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 547 milyon 236 min manat azalaraq 173 milyon 359 min manata geriləyib.

MƏCMU KAPİTALI ARTIB

30 İyun 2024-cü il tarixində "Yelo Bank” 130 milyon 563 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 109 milyon 761 min manat məcmu kapitala malik idi.

YeloBank 2024
14.07.2024 22:19

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ