“Azər-Türk Bank”da sürətli böyümə - MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI
Böyük hissəsi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 13 milyon 550 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 7 milyon 152 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azər-Türk Bank”ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 milyon 398 min manat və ya 89,5 % (1,9 dəfə) artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində “Azər-Türk Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 24 milyon 386 min manat və ya 55,9% artaraq 67 milyon 972 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 16 milyon 860 min manat və ya 51% artaraq 49 milyon 915 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 7 milyon 526 min manat artaraq 18 milyon 57 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 10 milyon 531 min manat).
Həmçinin, ilk 6 ayda Bank əməliyyat mənfəətindən 2 milyon 12 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyata ayırıb. 2023-cü ilin eyni dövründə “Azər-Türk Bank” əməliyyat mənfəətindən 1 milyon 778 min manat xüsusi ehtiyata ayırmışdı.
BANK KƏSKİN BÖYÜYÜB
30 iyun 2023 - 30 iyun 2024-cü il dövründə “Azər-Türk Bank”ın cəmi aktivləri 646 milyon 200 min manat və ya 76% artaraq 1 milyard 496 milyon 59 min manata yüksəlib. Bankın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 344 milyon 760 min manat və ya 84,7% artaraq 751 milyon 594 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 60 milyon 18 min manat artaraq 267 milyon 945 min manata, biznes kreditləri portfeli 254 milyon 28 min manat artaraq 298 milyon 288 min manata, ipoteka kreditləri portfeli 30 milyon 714 min manat artaraq 185 milyon 361 min manata qalxıb.
BANKDA ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN PULU ARTIB
30 iyun 2023 - 30 iyun 2024-cü il dövründə “Azər-Türk Bank”da cəmi depozitlər 508 milyon 829 min manat və ya 2,3 dəfə artaraq 891 milyon 772 min manata yüksəlib. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 18 milyon 889 min manat artaraq 225 milyon 37 min manata, hüquqi şəxslərin depozitləri isə 489 milyon 941 min manat artaraq 666 milyon 735 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2024-cü il tarixində “Azər-Türk Bank” 91 milyon 118 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 78 milyon 437 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
6 saat əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
6 saat əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
6 saat əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
7 saat əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
7 saat əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
8 saat əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®


























