Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün Almaniyada, Avropada və ABŞ-da statistik məlumatların dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bahalaşıb. USDJPY valyuta cütlüyü dünən 157.200 həddini test etsə də, 158.770 həddinə qədər artım göstərib. EURUSD və GBPUSD cütlükləri bir qədər ucuzlaşsalar da, artım tendensiyası qorunur. “Brent” markalı neft 85$ həddinin altına enib və hal-hazırda bir barrel üçün 84.90$-a ticarət olunur. Qızıl isə artım trendini davam etdirir. Dəyərli metal 2430$ səviyyəsinin üzərində ticarət olunur.
Dünən “Eurostat”-ın yaydığı məlumata əsasən, Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi may ayında illik ifadədə 2.9%, aylıq ifadədə isə 0.6% azalıb. Həmçinin İsveçrədə İstehsal Qiymətləri İndeksi may ayı ilə müqayisədə iyun ayında sıfır dinamika göstərib.
ABŞ fond indeksləri bazar ertəsi korporativ xəbərlər və ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi fonunda artım göstərirlər. Ekspertlərin fikrincə baş vermiş hadisə bazarların canlanmasına vasitə olub. “Dow Jones” sənaye indeksi 0.56% artaraq 40226.81 bəndədək, “NASDAQ” yüksək texnologiya indeksi 0.96% artaraq 18574.89 bəndədək, “S&P 500” geniş bazar indeksi isə 0.7% artaraq 5653.19 bəndədək yüksəlib.
Bugün açıqlanacaq bir sıra göstərici bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Belə ki, Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın Ticarət Departamenti press-relizində iyun ayı üzrə pərakəndə satışların həcminə dair rəqəmləri dərc edəcək. Analitiklərin fikrincə göstərici əvvəlki ayın səviyyəsində qalıb.
Həmçinin “Eurostat” Avrozonanın ticarət balansı ilə bağlı məlumatları açıqlayacaq. Analitiklər hesab edirlər ki, may ayında ölkə profisiti bir ay əvvəlki 15 milyard avro ilə müqayisədə 17.1 milyard avroya qədər artıb.
Eyni zamanda, Avropa İqtisadi Araşdırmalar Mərkəzi (Zentrum fuer Europaeische Wirtschaftsforschung, ZEW) Almaniya və Avrozonaya dair göstəriciləri dərc edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkəti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























