Azərbaycanın İqtisadiyyat naziri İtaliyada işgüzar səfərdədir
İqtisadiyyat nazirinin İtaliyaya işgüzar səfəri çərçivəsində iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər və ikitərəfli əlaqələrin gücləndirilməsi üçün birgə təşəbbüslər müzakirə edilib.İtaliya Respublikasında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Parlamentinin senatoru Culio Terzi ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, gGörüşdə Azərbaycan və İtaliya arasında uğurlu tərəfdaşlıq əlaqələrinin, iqtisadiyyatın müxtəlif sahələrində o cümlədən, ticarət, enerji, nəqliyyat və sair istiqamətlərdə inkişaf etdirildiyi vurğulanıb.
Tərəflər iqtisadi əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıb və yeni təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.
İqtisadiyyat nazirinin İtaliya Parlamentinin Xarici Ticarət Komitəsinin sədri Andrea Di Cüzeppe ilə görüşündə ticarət tərəfdaşlığının yüksək potensialı vurğulanıb, bu imkanların reallaşdırılması, xüsusilə, biznes subyektləri arasında əlaqələrin inkişafı və qarşılıqlı investisiyaların artırılması məsələləri ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, ölkəmizdə sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, o cümlədən Ələt Azad Ticarət Zonasında, sənaye zonalarında, işğaldan azad olunmuş ərazilərimizdə tətbiq olunan güzəştlər İtaliya şirkətləri üçün də yeni və səmərəli biznes imkanları təqdim edir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya Respublikasına səfəri çərçivəsində İtaliyanın Lazio regionunun prezidenti Françesko Rokka ilə görüşüb. Tərəflər Azərbaycan-İtaliya tərəfdaşlığı çərçivəsində Lazio regionu ilə qarşılıqlı maraq doğuran iqtisadi məsələləri və özəl sektorda birgə fəaliyyətin təşviqi üçün perspektivləri nəzərdən keçiriblər.
Görüş İtaliyanın biznes subyektlərinin təmsilçilərinin iştirakı ilə davam etdirilib. İşgüzar dairələr arasında sənaye, energetika, o cümlədən “yaşıl” enerji, nəqliyyat-logistika, aqrar və digər sahələrdə yeni tərəfdaşlıqların qurulmasına dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın və Lazio regionunun biznes və investisiya imkanlarına dair təqdimatlar nümayiş etdirilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
9 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
9 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 9 saat əvvəl
-
10 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 10 saat əvvəl
-
10 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























