“Naxçıvanbank”ın lisenziyası ləğv edilib, “E-Kredit”ə lisenziya verilib
“Naxçıvanbank” ASC-nin yenidən təşkili prosesi çərçivəsində lisenziyasının ləğv edilməsi və onun hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə lisenziya verilməsi ilə bağlı Mərkəzi Bankın məlumatı:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli Qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilmiş, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə (BOKT) kreditlərin verilməsi üçün lisenziya verilmişdir.
Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən “Naxçıvanbank” ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olmuş, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələmişdir. Beləliklə, “Naxçıvanbank” ASC-nin BOKT-a çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarından irəli gəlmişdir və Qaydalar əsasında həyata keçirilmişdir. Bununla bağlı 22 may 2024-cü il tarixində Mərkəzi Bank tərəfindən Qaydalarla nəzərdə tutulmuş formada “Naxçıvanbank” ASC-yə qabaqcadan razılıq verilmişdir. Yenidən təşkil prosesi çərçivəsində “Naxçıvanbank” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanılmış, bankın kreditorlarının məlumatlandırılması təmin edilmişdir. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858.16 manat ekvivalenti) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüş, digər kreditorlar qarşısında olan öhdəliklər isə "Naxçıvanbank” ASC tərəfindən icra edilmişdir.
Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794.14 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543.35 manat ekvivalentində) və 1918 fiziki şəxsə (cəmi 270 520.67 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bül-Bül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər.
Bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Naxçıvanbank” ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə keçmişdir. “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş “Naxçıvanbank” ASC-nin əvvəlki hüquqi ünvanında (Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 20 saat sonra
-
-
36 d. əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
2 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
3 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
3 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Avqustun 14-də gözlənilən hava şəraiti
Expressbank eyni gündə 2 filial açıb
Ən çox oxunanlar
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb


























