Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

Maliyyə bazarlarında EUR/USD məzənnəsi 1.17-1.18$ aralığında ticarət olunmaqdadır. Təhlillərə əsasən, qiymət 1.1815$-ın altında qaldıqca, eniş dalğasının 1.1565$-a kimi sürətlənə biləcəyi proqnozları aktuallığını qorumaqdadır.

 

24-26 avqust aralığında isə Djekson Xoul simpoziumun baş tutuması gözlənilir. Bu simpozium 1978-ci ildən etibarən hər il keçirilir və dünya investorlarının diqqət mərkəzindədir. Simpoziumda maliyyə dünyasının aparıcı şəxslərinin - dünya mərkəzi bank rəhbərlərinin, maliyyə nazirlərinin, böyük şirkət və kommersiya bankları rəhbərlərinin iştirakı nəzərdə tutulur.

 

Cümə günü Amerika Mərkəzi Bank (FED) əhbəri Janet Yellenin və Avropa Mərkəzi Bank rəhbəri Mario Draqinin çıxışları da əsas məqamlardan hesab olunur.

 

GBP

Funt/Dollar məzənnəsi keçən həftənin ilk günlərində 1.5% ucuzlaşdıqdan sonra 1.28-1.29$ aralığında korreksiya etməkdədir. Lakin qiymətin 1.30$-ın altında qaldıqca, 1.2729$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, cümə axşamı Bakı vaxtı ilə saat 12:30-da açıqlanacaq, İngiltərənin ikinci rüb üzrə iqtisadi inkişaf səviyyəsi ilə bağlı önəmli statistik məlumatların da, məzənnəyə təsir edəcəyi gözlənilir.

 

TRY

Türkiyə maliyyə bazarlarında Türk lirəsi qiymətinin də 3.53TL və 3.55TL-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, bu həftə baş tutacaq Djekson Xoul simpoziumu fonunda açıqlamalar da Türkiyə maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olacaqdır.

 

OIL

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 52$-ın üzərində ticarət edilməkdədir. Gələcək günlər ərzində qiymətin 53.40$-a kimi dəyər qazana biləcəyi də proqnozlaşdırılır. ABŞ-da neft ehtiyatlarının avqust ayında da azalması dinamikasının güclənməsi, neft qiymətlərinin bahalaşmasına təsir edən amillərdəndir.

 

GOLD

Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti keçən həftənin cümə günü sürətlə ucuzlaşmağa bahalaşıb. Təhlillərə əsasən, maliyyə bazarlarında qızıl qiymətləri 1293$-ın (41.5 $/qram) altında qaldıqca, əlavə olaraq 1272$-a (40.8 $/qram) kimi də ucuzlaşa bilər.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.


 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

21.08.2017 08:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ