Qazaxıstan Azərbaycana buğda satışını artırmaq niyyətindədir
“Azərbaycana böyük həcmdə buğda ixrac etməyə hazırıq"Qazaxıstan Azərbaycan bazarında yenidən rəqabətədavamlı olmaq və 1 milyon tondan çox taxıl tədarükünü təmin etmək niyyətindədir.
Marja Tass-a istinadən xəbər verir ki, bunu Bakıda Qazaxıstanın milli ərzaq korporasiyasının rəhbəri Asılxan Cumaşev deyib. “Qazaxıstan Azərbaycana tarixən 1 milyon tondan çox taxıl göndərib”.
Cumaşev, korporasiyanın Qazaxıstanın “Ak Biday-Terminal” şirkəti vasitəsilə “Azərbaycana böyük həcmdə buğda” ixrac etməyə hazır olduğunu qeyd edib. Korporasiya rəhbəri izah edib ki, bu şirkət Qazaxıstan, Azərbaycan və İranda taxıl terminalları sistemini idarə edir.
2017-ci ildən bəri Qazaxıstan buğdasının Azərbaycana ixracı illik 300 min tonu keçməyib.
Qazaxıstan buğda idxalına qoyulan qadağanı ilin sonuna qədər uzadıb
Yeri düşmüşkən, Qazaxıstan hakimiyyəti buğdanın bütün nəqliyyat vasitələri ilə ölkəyə idxalına qoyulan qadağanı 2024-cü ilin sonuna qədər uzadıb. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan ərazisinə buğdanın bütün nəqliyyat vasitələri ilə idxalına qoyulan qadağa ilin sonuna qədər uzadılıb. Buğdanın boz sxemlərlə ölkəyə idxalı və təkrar ixracı təhlükəsi hələ də qalmaqdadır. Taxıl biçini ilə bağlı proqnozlar da nəzərə alınıb. Belə ki, Qazaxıstanda ötən ildən daha yüksək həcmdə taxıl olacağı gözlənilir.”, - deyə bildirilir.
Bundan əvvəl Qazaxıstan 2024-cü il aprelin 12-dən buğdanın respublikaya idxalına müvəqqəti qadağa qoyub və bu qadağa altı ay müddətində qüvvədə olmalı idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























