Birjalarda son vəziyyət
Ötən həftənin sonuna doğru ucuzlaşan dollar indeksi cari həftə ərzində də FED-in faiz dərəcələrini çox uzun müddət yüksək tutaraq iqtisadi böyüməyə zərər verə biləcəyi ilə bağlı narahatlıqlar səbəbiylə ucuzlaşmağa davam edə bilər. Yüksək profilli şirkətlərdən qazanc hesabatları gözlənilir, eləcə də, resessiya qorxuları və geosiyasi risklərin birləşməsi fonunda neft qiymətlərinin qeyri-sabit qalacağı ehtimal edilir.
Bu həftə ərzində Avrozonada, Almaniyada, İngiltərədə və Amerikada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Avstraliya Mərkəzi Bankının faiz qərarı, Amerikada, Almaniyada, Kanadada Ticarət Saldosu, Almaniyada və Türkiyədə İstehlak Qiymətləri İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
ABŞ-dan iqtisadi göstəricilər, FED rəsmilərinin çıxışları
Ötən həftənin cümə günü dərc olunan iyul ayı üçün zəif əmək bazarı, xüsusilə də NFP hesabatı mümkün resessiya qorxularını artırdıqdan sonra gələn həftənin iqtisadi təqvimi nisbətən yüngül olacaq.
Təchizat İdarəetmə İnstitutu bazar ertəsi Amerikada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi hesabatını açıqlayacaq.
İnvestorlar cümə axşamı günü əmək bazarının vəziyyəti ilə bağlı yeni hesabat əldə edəcəklər və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayına dair hesabatın dərc ediləcəyi gözlənilir.
İnvestorlar, həmçinin Federal Ehtiyatlar Sisteminin keçən həftə faiz dərəcələrini sabit saxlamasına baxmayaraq, sentyabr ayında uçot dərəcəsinin endirilməsi yönündə ehtimalların mövcudluğunu qoruması fonunda San Fransisko FED sədri Meri Deyli və Riçmond FED sədri Tomas Barkinin açıqlamalarını diqqətdə saxlayacaqlar.
Avstraliya Federal Ehtiyatlar Bankının (RBA) faiz qərarı
Ötən ay baza inflyasiyanın ikinci rübdə gözlənilmədən iki ilin ən aşağı səviyyəsinə düşdüyünü və birinci rübdə iqtisadi artım tempinin orta səviyyədə qaldığını göstərən məlumatlardan sonra RBA-nın çərşənbə axşamı keçirilən iclasında faiz dərəcələrini sabit saxlaması gözlənilir.
Bazar iştirakçıları mərkəzi bankların gələcəyə yönəlmiş təlimatlarına diqqət yetirəcəklər, bazarlar inflyasiya yavaşlamağa davam edərsə, faiz dərəcələrinin ilin sonuna qədər 70% ehtimalla azaldılacağına dair gözləntiləri qiymətləndirəcəklər.
EUR
Cari həftə ərzində Avrozonada və Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi eləcə də, Almaniyada İstehlak Qiymətləri İndeksi, Ticarət Saldosu, Sənaye İstehsalının Həcmi göstəriciləri dərc olunacaq. Analitiklər isə hər iki iqtisadiyyatda inflyasiyanın artım tempinin və iqtisadi artım sürətinin zəiflədiyini proqnozlaşdırırlar.
Ötən həftəyə 1.0855 səviyyəsində start verən EURUSD məzənnəsi ucuzlaşaraq 1.0780 həddini test etsə də, buradan dəstək görərək yenidən bahalaşdı və həftəlik şamını 1.09$ həddinin üzərində bağladı.
“Buğalar” qiyməti 1.09$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Keçən həftənin cümə axşamı günü İngitərə Mərkəzi Bankının (BoE) faiz endirimindən sonra GBPUSD məzənnəsi ardıcıl 3-cü həftəni də enişlə tamamladı. Xatırladaq ki, BoE uçot faiz dərəcəsini 5.25%-dən 5.00%-ə kimi endirdi.
Ötən həftəyə 1.2850 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.29$-a kimi bahalaşsa da, faiz qərarından sonra kəskin ucuzlaşdı və həftəlik şamını 1.28$ səviyyəsində tamamladı.
OİLUK
Cümə günü neft qiymətləri ABŞ və əsas neft idxalçısı Çindən gələn zəif iqtisadi məlumatların tələbin proqnozu ilə bağlı narahatlıqları artırması səbəbindən yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.
ABŞ-dan zəif əmək bazarı hesabatı və Çində istehsal fəaliyyətinin geriləməsi neft qiymətlərini ucuzlaşdırdı, çünki, qlobal iqtisadiyyatda yavaş bərpanın neft istehlakına təzyiq göstərməsi riski var.
Ardıcıl 3 həftədir ucuzlaşan “Brent” nefti (OİLUK) ötən həftəyə 81.50$ səviyyəsində başlasa da, eniş tendensiyasını davam etdirdi və həftəni 78.20$-da başa vurdu.
Neft investorları həmçinin Livanın İran tərəfindən dəstəklənən Hizbullah qruplaşmasının İsraillə münaqişəsinin yeni mərhələyə qədəm qoyduğunu bildirdiyi Yaxın Şərqdəki prosesləri yaxından izləyirlər.
XAU/USD
Ötən həftə ərzində 2370$-a kimi ucuzlaşan qızıl, Amerikada proqnozların çox altında açıqlanan əmək bazarı göstəricilərindən sonra dollar indeksinin kəskin ucuzlaşması fonunda 2441$-a kimi bahalaşdı və həftəlik şamını burda bağladı.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
6 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 7 saat əvvəl
-
7 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























