Gəncədə ət istehsalı 42% arıtb
2024-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya bildirilib ki, 2024-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində 63,2 ha əkin (ondan 29,0 hektar dənli və dənli paxlalı bitkilər, 34,2 hektar tərəvəz bitkiləri) aparılmışdır. 2024-cü ilin yanvar-iyun aylarında tarlalardan 59,7 ton dənli və dənli paxlalı bitkilər, 138,9 ton tərəvəz, 294,8 ton meyvə və giləmeyvə toplanmışdır.
2024-cü ilin iyul ayının 1-i vəziyyətinə təsərrüfatlarda 732 baş iribuynuzlu mal-qara (ondan 312 baş inək və camış), 1367 baş qoyun və keçi, 32 baş donuz mövcud olmuşdur.
Gəncə şəhərində 2024-cü ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində 115,0 ton ət diri çəkidə, 326,0 ton süd, 610 min ədəd yumurta, 2,0 ton yun istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 34,0 ton (42,0 faiz), yumurta istehsalı 5 min ədəd (0,8 faiz), süd istehsalı 16,0 ton (5,2 faiz) artmış, yun istehsalı isə 1,0 ton (33,3 faiz) azalmışdır.
2024-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 1 milyon 881,1 min manat, o cümlədən bitkiçilik məhsulları 508,5 min manat, heyvandarlıq məhsulları 1372,6 min manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 18 saat sonra
-
-
4 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
6 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti






.jpg)
.jpg)












.jpg)




