Təkrar günəbaxan və çəltik əkinlərinin sığortası Avqustun sonunadək davam edəcək
Aqrar Sığorta Fondunun yaydığı məlumatda bildirilir ki, yüksək yağlılığı ilə fərqlənən günəbaxan kənd təsərrüfatı, ümumilikdə qida sənayesi üçün ən əhəmiyyətli bitkilərdən sayılır.
Vətəni Amerika olan günəbaxanın ölkəmizdə əsasən yağlıq və yemlik növləri əkilir. Azərbaycanda 10 min hektara yaxın ərazidə günəbaxan yetişdirilir, ildə təxminən 20-25 min ton günəbaxan tədarük olunur.
Rəsmi statistikaya görə, 2023-cü ildə Azərbaycanda 9 898 hektar ərazidə günəbaxan əkilib, illik istehsal 25 627 ton təşkil edib. Daha çox Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında əkilən günəbaxan sahələrində hər hektardan təxminən 26 sentner məhsul götürülür. Ötən il günəbaxan istehsalına görə lider rayonlar Goranboy (6 331 ton), Tərtər (5 690 ton) və Samux (3 812 ton) olub.
Günəbaxan bitkisinin qiymətinin sabit yüksək olması bu sahədə çalışan fermer və təsərrüfatlara sabit gəlir gətirir.
Dərin kök sisteminə malik olması sayəsində günəbaxan istiyə davamlılığı, suya az tələbkar olması ilə seçilir və quraqlıqdan çox təsirlənmir.
Buna görə kənd təsərrüfatında günəbaxanın taxıl və soya bitkiləri ilə növbəli şəkildə əkilməsi tövsiyə olunur. Günəbaxan bitkisi üçün əsas risklər təbii fəlakətlər, 3-cü şəxslərin hərəkətləri, dolu və həddindən artıq yağıntı, eləcə də müxtəlif bitki xəstəlikləridir.
Son illər intensiv şəkildə yetişdirilən və kifayət qədər gəlirli sahə olan günəbaxan əkinlərini bu risklərdən aqrar sığorta mexanizmi vasitəsilə qorumaq mümkündür.
Ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi 48 növ kənd təsərrüfatı məhsulunu, o cümlədən günəbaxan bitkisini də güzəştli şərtlərlə müxtəlif risklərdən sığortalayır.
Günəbaxan həm əsas, həm də təkrar əkinlərdə əkilən bitkidir. Bu bitki üzrə təkrar əkinlərin sığortası avqust ayının sonuna qədər davam edəcək.
50%-lik dövlət dəstəyi sayəsində sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödəniş etməklə günəbaxan əkinlərini sığortalaya bilərlər. Məsələn, Tərtər bölgəsində 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq üçün fermerin 7 manat ödəməlidir. Günəbaxanın ən çox yetişdirildiyi Gəncə-Daşkəsən və Qazax-Tovuz istisadi rayonlarında isə bunun üçün 12 manat ödəniş kifayət edir.
Sığorta müddəti avqust ayının sonuna qədər davam edən digər təkrar əkilən bitkilər - qarğıdalı, şəkər çuğunduru və çəltikdir.
Çəltikdən alınan düyü bütün dünyada əsas qida məhsullarından biridir. Azərbaycanda 3000 hektardan artıq ərazidə çəltik yetişdirilir, hər hektar üzrə məhsuldarlıq təxminən 35 sentnerdir, 2023-cü ildə 10481 ton çəltik tədarük olunub.
Çəltik əsasən Aran və Lənkəran-Astara regionunda yetişdirilir, ən çox çəltik becərilən rayonlar Lənkəran (832 ha), Ağdaş (688 ha) və Ucardır (680 ha). Hazırda 50% dövlət dəstəyi ilə çəltiyin aqrar sığortası prosesi davam edir. Məsələn, Mərkəzi Aran regionunda 1000 manatlıq çəltik məhsulunun soxsaylı risklərdən sığortası 12 manata başa gəlir. Fermer bu məbləğin yarısını, yəni 6 manatını ödəməklə öz məhsulunu sığortalaya bilər. Lənkəran-Astara iqtisadi rayonunda isə 1000 manatlıq çəltiyin sığortası fermerə cəmi 5,7 manata başa gəlir.
Fermerlər aqrar sığorta ilə əkin sahələrini, meyvə bağlarını, meyvə ağacları və kollarını, tingləri, iri və xırdabuynuzlu heyvanlarını da 50% güzəştlə müxtəlif risklərdən sığortalaya bilərlər. Aqrar sığorta məhsulları, şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi «www.asf.gov.az), 1651 Çağrı Mərkəzi, eləcə də bölgələrdəki filiallarından əldə etmək olar. Fermerlər ödəniləcək sığorta haqqını internet səhifəsindəki Sığorta kalkulyatorları bölməsində özləri də hesablaya bilərlər.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
2 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Ən çox oxunanlar
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib



























