Prezident Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Qəbula görə dövlətimizin başçısına təşəkkürünü bildirən Şamil Ayrım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Qonaq Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə keçiriləcək parlament seçkilərində böyük heyəti ilə müşahidəçi statusunda iştirak edəcəyini bildirdi. Bu seçkilərin Azərbaycanın bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəminə toxunan Şamil Ayrım suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin edilməsinin əhəmiyyətini vurğuladı.
O, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə təşkilata üzv ölkələrin başçıları ilə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin bir masada olmasına və Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Şamil Ayrım vurğuladı ki, Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlığı və dostluğu ölkələrimiz arasında münasibətlərin yol xəritəsini müəyyənləşdirir. Azərbaycanın inkişafının və əldə etdiyi nailiyyətlərin Türkiyədə böyük qürur hissi doğurduğunu deyən qonaq ölkəmizin Qafqazın parlayan ulduzu olduğunu vurğuladı.
Beynəlxalq münasibətlərdə Azərbaycanın artan roluna toxunan Şamil Ayrım bir sıra beynəlxalq təsisatlarda, xüsusilə də Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizə qarşı haqsızlığı və ədalətsizliyi qeyd etdi.
Şamil Ayrım regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları dəstəklədiklərini diqqətə çatdırdı.
Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işlərinin çox mükəmməl şəkildə aparıldığını vurğulayan qonaq bu beynəlxalq tədbirlə bağlı ölkəmizə uğurlar arzuladı.
Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı ölkələrimizin daim bir-birinin yanında olduqlarını qeyd etdi.
Prezident İlham Əliyev regional vəziyyətə toxunaraq dedi ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Dövlətimizin başçısı vurğuladı ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir. Azərbaycan Prezidenti vurğuladı ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Dövlətimizin başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını dedi. Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?! Dövlətimizin başçısı dedi ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. Azərbaycan Prezidenti qeyd etdi ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.
Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinə toxunan dövlətimizin başçısı vurğuladı ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır.
Prezident İlham Əliyev Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə davamlı şəkildə dəstək göstərdiyini qeyd etdi, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin də iştirak etməsinin önəminə toxundu.
Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri çıxış edərək, ölkələrimizin daim bir-birinin yanında olduqlarını, Azərbaycanın gücünün Türkiyənin, Türkiyənin gücünün isə Azərbaycanın gücü olduğunu vurğuladılar, Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətini qeyd etdilər.
Müştərilərin xəbərləri
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 d. əvvəl
Dizel qiymətlərini endirmək üçün fövqəladə qərar qəbul edildi
- 1 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
14 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
14 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 14 saat əvvəl
-
14 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dizel qiymətlərini endirmək üçün fövqəladə qərar qəbul edildi
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
Ən çox oxunanlar
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub






















