Bank sektorunda xalis mənfəətin 68%-i 3 bankın payına düşür
Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında Bank sisteminin mənfəətliliyi məlumatları da yer alıb.
Marja.az hesabata istinadən xəbər verir ki, bank sektorunun mənfəətlik göstəricilərində müsbət trend müşahidə olunur. 2024-cü ilin ilk yarısında bank sisteminin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% (51 mln. manat) artaraq 614 mln. manat təşkil etmişdir. Sektorun mənfəətliliyi fonunda ROA göstəricisi 2.5% təşkil etmişdir.
Hesabatda qeyd edilib ki, 2024-cü ilin ilk yarısında zərərlə fəaliyyət göstərən bank olmamışdır. Sektorda fəaliyyət göstərən bankların hamısının mənfəətlə fəaliyyət göstərməsinə baxmayaraq, mənfəətlilik üzrə təmərküzləşmə müşahidə edilir. Sektorun xalis mənfəətinin 68%-i aktivlərin 63%-ni özündə cəmləşdirən 3 bankda təmərküzləşmişdir.
Sektorun ROA göstəricisi il ərzində sabit qalaraq 2.5% təşkil etmişdir. 2023-ci ilin müvafiq dövrünə nisbətdə 2024-cü ilin I yarımilində sektorun faiz və qeyri-faiz xərclərinin orta aktivlərə nisbətinin artmasına baxmayaraq artan faiz gəlirləri fonunda sektorun ROA göstəricisində dəyişiklik müşahidə edilməmişdir.
Sektorun xalis faiz gəlirləri davamlı olaraq artmaqdadır. Ötən ilin eyni dövrü ilə müqayisədə sektorun xalis faiz gəlirləri 12% (145 mln. manat) artaraq 1 mlrd.379 mln manat təşkil etmişdir. Artan faiz gəlirləri fonunda mənfəət marjası 22.2% təşkil etmişdir.
Bank sektorunun qeyri-faiz xərcləri artsa da, artan faiz və qeyri-faiz gəlirləri fonunda sektorun səmərəliliyi yaxşılaşmışdır. 2024-cü ilin I yarımili ərzində bank sektorunun qeyri-faiz xərclərinin xalis məcmu gəlirə nisbəti ötən ilin müvafiq dövrü ilə müqayisədə artmış, qeyri-faiz xərclərinin qeyri-faiz gəlirlərinə nisbəti isə azalmışdır. Azalmanın əsas səbəbi qeyri-faiz gəlirlərinin artım sürətinin qeyri-faiz xərclərinin artım sürətindən yüksək olması olmuşdur. Belə ki, 2023-ci ilin ikinci yarısı ilə müqayisədə qeyri-faiz xərclərinin xalis məcmu gəlirə nisbəti 1.2 f.b. artaraq 50%, qeyri-faiz xərclərinin qeyri-faiz gəlirlərinə nisbəti isə 14 f.b. azalaraq 163% təşkil etmişdir.
Haqq və komissiya xərcləri qeyri-faiz xərclərinin artımının əsas səbəbi olmuşdur. Qeyri-faiz xərclərinin 33%-ni təşkil edən haqq və komissiya xərcləri 2024-cü ilin I yarısı ötən ilin eyni dövrünə nisbətdə 40% (122 mln. manat) artmışdır ki, bunun da əsas səbəbi nağdsız əməliyyatların artması və rəqəmsallaşmanın dərinləşməsi ilə yanaşı bankların keşbek kimi məhsulları olmuşdur.
Bank sektorunun faiz spredinin dinamikası sabitləşməkdədir. Bankların faizli aktivlərinin gəlirliyinin artımı, həmçinin faizli maliyyələşmə mənbələrinin dəyərinin artımı fonunda ilin əvvəli ilə müqayisədə sektorun faiz spredi 0.1 f.b. artaraq 5.7% olmuşdur.
Bankların faiz gəlirlərinin bütün komponentlərində artım müşahidə edilsə də, artımı şərtləndirən əsas amil biznes və istehlak kreditləri üzrə faiz gəlirləri olmuşdur. 2024-cü ilin I yarımili ərzində sektorun faiz gəlirləri 18% (294 mln. manat) artaraq 2 mlrd. manat təşkil etmişdir ki, bu artımın 53%-i biznes kreditləri, 33%-i isə istehlak kreditləri üzrə faiz gəlirlərinin hesabınadır
Qeyd edilib ki, faiz gəlirlərinin strukturuna nəzər yetirsək 37%-i (719 mln. manat) biznes kreditlərinə, 33%-i (647 mln. manat) istehlak kreditlərinə, 7%-i (143 mln. manat) ipoteka kreditlərinə və 23%-i (454 mln. manat) isə digər maliyyə alətləri üzrə əldə edilmiş faiz gəlirlərinə aiddir. Digər maliyyə alətləri üzrə faiz gəlirlərinin 171 mln. manatı maliyyə institutlarınayerləşdirilmiş vəsaitlər, 214 mln. manatı qiymətli kağızlar, 68 mln. manatı isə faizli nostro və digər faizli maliyyə alətləri üzrə olmuşdur. Bankların faiz xərclərinin əsas hissəsini depozitlər üzrə faiz xərcləri təşkil edir.
Bank sektorunun dayanıqlı maliyyələşməsində önəmli paya sahib olan fiziki və hüquqi şəxslərin depozitləri üzrə faiz xərcləri sektorun faiz xərclərində əsas pay sahibi olmuşdur. Belə ki, 2024-cü ilin I yarısı sektorun faiz xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% (146 mln. manat) artaraq 551.9 mln. manat təşkil etmişdir ki, faiz xərclərinin 74%-i (407 mln. manat) depozitlər üzrə faiz xərcləri olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 4 saat əvvəl
-
6 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
6 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
6 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
6 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
6 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
7 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"



























