“Azerconnect Group” “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” tədbirində iştirak edib
(®) “Azerconnect Group” Bakıda ilk dəfə keçirilən İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda təşkil edilən tədbirdə iştirak edib.
Dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələri, həmçinin diplomatlar və ekspertlərin bir araya gəldiyi dəyirmi masada iqlim dəyişikliyinə qarşı mübarizədə karbon emissiyalarının azaldılması və bazar mexanizmlərinin rolu müzakirə edilib.
“Azerconnect Group”un direktor müavini Dövlət Dövlətov tədbirdə çıxış edərək şirkətin karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirdiyi layihələr və ekoloji dayanıqlılıq strategiyası barədə danışıb. Bildirilib ki, “Azerconnect Group”un texnoloji həlləri arasında yaşıl enerji mənbələrinə keçid və səmərəli şəbəkə avadanlıqları xüsusi yer tutur.
Şəbəkələrin optimallaşdırılması məqsədi ilə tətbiq olunan innovativ biznes modeli və bu sahədə həyata keçirilən layihələr nəticəsində şirkət hər il təxminən 60%-dək enerjiyə qənaət edir. “Azerconnect Group” texnologiyanın gücünü ekoloji dayanıqlıq istiqamətində istifadə etməklə karbon izini minimuma endirməyi və ekoloji mühitin qorunması üçün müasir həllər tətbiq etməyi hədəfləyir.
Tədbirdə, həmçinin Azərbaycanın milli iqlim hədəflərinə çatmaqda özəl sektorun rolu haqqında danışılıb. Qeyd edək ki, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirin əsas məqsədi dövlət və özəl sektor nümayəndələrini məlumatlandırmaq, Azərbaycanda karbon emissiyasının azaldılmasını dəstəkləmək, həmçinin bazar mexanizmləri haqqında müəssisələri maarifləndirmək üçün əsas siyasətlər və alətlər ətrafında müzakirələrə təkan verməkdir.
“Azerconnect Group” haqqında
Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.
“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 22 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























