Ölkənin lider mobil operatoru iki qızıl mükafata layiq görüldü!
Azercell Stevie Beynəlxalq Biznes Mükafatları tərəfindən “İlin Texnoloji Yeniliyi” və “İlin Korporativ Sosial Məsuliyyət Proqramı” nominasıyaları üzrə qalib seçilib(®) “Azercell Telekom” MMC-nin nailiyyətləri Stevie Beynəlxalq Biznes Mükafatlarının (IBAs) münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Lider mobil operator ölkədə süni intellekt əsasında çalışan ilk Azərbaycan dilli Virtual Assistent xidməti - “Aicell”in tətbiqinə görə “İlin texnoloji yeniliyi” nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.
Bundan əlavə, Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası “İlin korporativ sosial məsuliyyət proqramı” seçilməklə Qızıl mükafatçılar sırasında yer alıb.
Xatırladaq ki, Azərbaycan dilində tam spektr xidmət göstərən “Aicell” abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal yerinə yetirir, bununla da qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olur.
“Qızlara ağ yaraşır” sosial layihəsinin əsas məqsədi qızları sağlam və fəal həyat tərzi sürməyə təşviq etməklə yanaşı, erkən nikahlara qarşı mübarizə aparmaq olub. Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən yeniyetmə qızlara cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub. Layihə minlərlə gənci idmanla məşğul olmağa sövq etməklə bərabər, cüdo ilə məşğul olan qızların sayında 100% artımla nəticələnib. Kampaniya dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.
Qeyd edək ki, dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan Stevie innovasiya, liderlik, müştəri xidməti, marketinq və insan qaynaqları kimi sahələrdə fərqlənən qurumları təltif edir və dünya üzrə 200-dən çox peşəkarın iştirak etdiyi ciddi qiymətləndirmə prosesi ilə tanınır.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
3 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 4 saat əvvəl
-
4 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























