10 milyon manat cəlb etməyə hazırlaşan şirkətin maliyyə vəziyyəti açıqlanıb
Neft və qaz, enerji və su sənayelərində aparıcı xidmət təminatçısı olan "Global Energy Solutions" MMC şirkəti (GLENSOL) 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 3 milyon 790 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ilin eyni dövrünü 4 milyon 255 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Şirkətin konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, "Global Energy Solutions" şirkətinin cəmi gəlirləri 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 2024-cü ilin ilk 6 ayında 18 milyon 519 min manat və ya 50,8% artaraq 54 milyon 956 min manat təşkil edib.
2024-cü ilin birinci yarısında "Global Energy Solutions" şirkətinin vergidən əvvəlki mənfəəti 5 milyon 14 min manat təşkil edib (2023-cü ilin birinci yarısında 4 milyon 744 min manat). Gəlirlərin artmasına baxmayaraq, xərclərin, həmçinin mənfəət vergisi xərcinin artması ilə əlaqədar olaraq Şirkətin xalis mənfəəti aşağı düşüb.
30 İyun 2024-cü il tarixində "Global Energy Solutions" MMC 200 milyon 316 min manat cəmi aktivlərə malik olub. Şirkət 30 İyun 2023-cü il tarixində 140 milyon 569 min manat cəmi aktivlərə malik idi.
"Global Energy Solutions" MMC 2023-cü ildə 103 milyon 523 min manat cəmi gəlir, 21 milyon 327 min manat xalis mənfəət əldə etmişdi.
"Global Energy Solutions" 2012-ci ildən neft, qaz, enerji və su sahələrində sahə işləri və avadanlıqların təmiri sferasında xidmət göstərir. "Global Energy Solutions" MMC-nin nizamnamə kapitalının 90%-i "Nobel Energy Limitet" şirkətinə (İngiltərə) və 10%-i "Nobel Oil İnvestment (UK) LTD" (İngiltərə) şirkətinə məxsusdur.
İSTİQRAZ BURAXIR
Xəbər verdiyimiz kimi, "Global Energy Solutions" MMC şirkəti istiqraz buraxılışı yolu ilə 10 milyon manat cəlb etməyə hazırlaşır. Şirkət hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz buraxır. İstiqrazların tədavül müddəti 2 il, illik faiz dərəcəsi 12%-dir. Faiz gəlirləri investorlara hər 3 aydan bir ödəniləcəkdir. Buraxılışın anderrayterinin "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC olacağı gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
6 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 7 saat əvvəl
-
7 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























