Azərbaycan-İran birgə hökumətlərarası komissiyanın növbəti iclası Tehranda keçiriləcək
Azərbaycan-İran birgə hökumətlərarası komissiyanın növbəti iclası tezliklə Tehranda keçiriləcək.
Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb.
O bildirib ki, oktyabrın 14-15-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İran İslam Respublikasına işgüzar səfəri həyata keçirildi:
“Baş nazirin müavini İran İslam Respublikasının Prezidenti tərəfindən qəbul olundu, İranın xarici işlər, yol və şəhərsalma, energetika, neft, iqtisadiyyat və maliyyə nazirləri ilə uğurlu və səmərəli görüşləri baş tutdu. Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu, eləcə də gündəmdə olan müştərək layihələr, regional və ikitərəfli məsələlər nəzərdən keçirildi. Keçirilən qəbul və görüşlərdə Azərbaycan-İran əlaqələrinin daha da gücləndirilməsi və əməkdaşlığın artırılması vurğulandı, iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası birgə komissiyanın növbəti iclasının tezliklə yaxın aylarda Tehranda keçirilməsi qərara alındı”, - səfir bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
8 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
8 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 9 saat əvvəl
-
9 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























