Bu investisiya daşınmaz əmlakın qiymətini artıracaq
Elektrik enerjisini pulsuz almağa imkan verən yatırım! ASAN kommunallarda qeydiyyata start verilib.Alternativ enerji istehsalçıları istifadə etmədikləri elektrik enerjisini “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti şəbəkəsinə ötürərək, sata və ya şəbəkə enerjisi ilə əvəzləşdirə biləcəklər. Bu prosesə aktiv istehlakçıların (elektrik enerjisi istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən şəxslər) “Azərişıq” ASC tərəfindən qeydiyyata alınması ilə başlanılıb.
Mütəxəssislər bildirirlər ki, dəstək mexanizminin tətbiqi həyət evi, villa və bağ sahiblərini alternativ enerji mənbələrindən istifadəyə stimullaşdırmaqla bərabər, alternativ enerji sistemləri quraşdırılmış daşınmaz əmlakın qiymətini də artıracaq.
“Helind” alternativ enerji sistemləri şirkətnin icraçı direktoru Orxan Quluzadə bildirib ki, gündüz evdə olmamaqları və ya az olmaqları səbəbindən həyət evi, bağ evi sahiblərinin günəş panellərindən əldə etdikləri enerji itkiyə gedirdi.
“Bu da onların alternativ enerjiyə marağını azaldırdı. Dəstək mexanizminin tətbiqi ilə ev sahibi evdə olmadıqda (ya da sahibkarın obyektində sərfiyyat olmadıqda) paneldən əldə edilən enerji şəbəkəyə ötürüləcək. Evdə (obyektdə) olduqda və ya sərfiyyatı artdıqda isə ötürdüyü enerjini ödənişsiz geri alacaq”- alternativ enerji sistemləri üzrə mütəxəssis belə deyib.

Orxan Quluzadənin sözlərinə görə, əvvəllər alternativ enerjidən istifadəyə daha çox şəbəkə enerjisinin çatmadığı yerlərdə yaşayanlar üstünlük verirdisə, dəstək mexanizminin tətbiqi ilə, əksinə, şəbəkəyə yaxın olanlar da bərpa edilən enerji mənbəyi quraşdırmağa çalışacaqlar. Özlərinə daşınmaz əmlak alanların, tikdirib, təmir edənlərin bərpa edilən enerji mənbəyi quraşdırması əmlakın dəyərini artıran amillərdən olacaq.
“Təsəvvür edin ki, yaşamadığınız bağ evinizdə sizin elektrik sayğacınızı “geri çevirən”, ildən-ilə dəyişən elektrik enerjisini pulsuz almağınıza imkan verən bir yatırım etmisiniz”- “Helind” şirkətinin rəhbəri vurğulayıb.
Qeyd edək ki, aktiv istehlakçıların dəstəklənməsi mexanizmi Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən tətbiq olunur. Dəstək mexanizmindən daşınan əmlakında (evində müəssisəsində, obyektində) bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən fiziki və ya hüquqi şəxslər faydalanacaqlar. Dövlətin alternativ enerji istehsalçılarına dəstək mexanizmindən faydalanmaq istəyənlər linkdə qeyd edilmiş sənədlərlə ASAN kommunalda qeydiyyatdan keçməlidirlər https://asan.gov.az/service/asan-kommunal/azerisiq-asc-terefinden-goesterilen-xidmetler/aktiv-istehlakcinin-qeydiyyata-alinmasi
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı





























