Fond 520 mənzil alır - 157 MİLYON MANATLIQ SATINALMA
İpoteka və Kredit Zəmanəti Fondu "Satmaq öhdəliyi ilə kirayəyə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2" başlıqlı müsabiqə elan edib.
Marja.az xəbər verir ki, müsabiqə üzrə ehtimal olunan qiymət 157 milyon manatdır. Satınalan təşkilatlar tərəfindən maliyyə vəsaitləri hesabına satın alınacaq satınalma predmetinin ehtimal olunan qiyməti hesablanmır. Satınalan təşkilat ehtimal olunan qiyməti təkliflərin qiymətləndirilməsi üçün istifadə edir.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə) həyata keçiriləcəkdir.
Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.
Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələri mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılması barədə reyestrdən çıxarış əsasında təqdim edilməlidir.
Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 520 ədəd olmaqla, 1, 2, 3 və/ və ya 4 otaqlı olmalıdır.
- Yaşayış sahələri binada (və ya bina kompleksində) yerləşən mənzillər olmalıdır, daxili hündürlüyü 2,8 metrdən az, qapıların hündürlüyü 2,2 metr həddində olmalıdır.
- dəhliz və sanitar qovşaqlar xaric, hər bir otaq üçün (studiya tipli mənzillərin mətbəxləri istisna olmaqla (bu tipli mənzillərdə mətbəx qonaq otağı ilə birlikdə açıq tipli və ya üzərində havalandırma üçün kiçik pəncərə quraşdırılmış arakəsmə ilə bölünmüş qapalı tipli ola bilər)) ən azı 1 pəncərə mövcud olmalı və təbii işıqlandırma şəraiti təmin edilməlidir.
- soyuq su, elektrik və qaz təminatı üzrə elektron və ya mexaniki sayğaclar quraşdırılmalıdır.
İştirakçılar bina və ya bina kompleksinin inşa edildiyi ili, həyətyanı sahəsini, texniki imkanlarını və yaşayış sahəsinə dair tələbləri müəyyən etməyə imkan verən təsdiqedici sənədləri (müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə-tikinti sxeminin, Tikinti obyektinin istismarına icazəni təsdiq edən sənədin, çertyojun və ya digər sənədlərin surətləri) təqdim etməlidir.
- bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın alınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binası olmalıdır.
- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir.
- binanın (və ya bina kompleksinin) tikintisinə icazə alınan torpaq sahəsi ipoteka ilə yüklü edilməməli, həbs altında olmamalı və özgəninkiləşdirilməsinə qadağa qoyulmamalıdır;
- binada (və ya bina kompleksində) sakinlər üçün avtodayanacaq mövcud olmalıdır.
- binaya təhlükəsiz və rahat giriş-çıxış təmin edilməlidir;
- binada təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya, isitmə, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri nəzərdə tutulmalıdır.
- binada sakinlər üçün həyətyanı sahə, uşaqlar üçün oyun yeri nəzərdə tutulmalı, o cümlədən yaşıllaşdırma və abadlıq işləri görülməlidir. bina (və ya bina kompleksi) yaşayış və nəqliyyat infrastrukturuna yaxın olmalıdır.
Bu satınalma üzrə nəzərdə tutulan təmirə dair tələblər minimum tələbləri və şərtləri müəyyən edir, lakin qalib təchizatçı həmin tələblərdən daha üstün təmir şərtlərini təklif edə bilər.
Yaşayış sahələri təhvil-təslim anında tam təmirli olmalıdır.
Müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada Satınalma portalı (etender) vasitəsilə aparılır. Portal vasitəsi ilə aparılan məlumat mübadiləsi qanunvericilik tələblərinə uyğun olaraq 3-cü tərəflərə açıqlanmır.
Əlaqə: Adil Sadıqov, Təchizat departamentinin Ekspertiza və təmir şöbəsinin rəisi
(+994 12) 498 18 01 (daxili 226)
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat əvvəl
-
-
6 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
8 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
8 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
9 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib





















