"COP komandası üçün 50 min ədəddən çox geyim istehsal etmişik"
Azərbaycanda tekstil sənayesində lider olan GiLTEX şirkəti COP29-da təmsil olunur. Giltex həmçinin istehsal etdiyi ekoloji cəhətdən təmiz məhsulları ilə Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirə ev sahibliyi etdiyi COP29-a dəstək göstərən şirkətlərdən biridir.
Bu münasibətlə “Giltex” şirkətinin Baş içraçı direktoru və idarə heyətinin sədri Kamran Aqasi ilə olan müsahibəni təqdim edirik:
-Kamran bəy, “Giltex” COP29-da necə təmsil olunur və əsas iştirak məqsədiniz nədən ibarətdir?
-Biz “GP Cotton” olaraq COP29-da iki şirkətlə təmsil olunuruq. Bunlar “Prime Cotton” və “Giltex” şirkətləridir. Hər iki şirkət Azərbaycanda pambıq sənayesinin lideri olan GP Cotton Holdings şirkətinə daxildir. “Prime Cotton”un əsas istiqaməti pambıq istehsalıdır, “Giltex” isə faktiki olaraq tekstil məhsulları, parça və istehsal edir. GiLTEX Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Şirkət Cənubi Qafqazda vertikal inteqrasiya sistemi ilə qurulub, tekstil istehsalı prosesinin bütün texnoloji mərhələlərini əhatə edən yeganə müəssisədir. Əsas xammal olaraq yüksək keyfiyyətli Azərbaycan pambığından istifadə edən fabrikimizdə müxtəlif növ tekstil məhsulları istehsal edir.
Əgər “Giltex”dən danışsaq, deyə bilərik ki, iqlim dəyişikləri bizim strategiyamızın tərkib hissəsidir. “Giltex”in dəyərlərindən biri də davamlılıqdır. Əlbətdə ki, bizim üçün COP29 qatılması böyük bir fürsətdir. Ona görə ki, biz şirkət kimi öz dəstəyimizi göstəririk.
Deyə bilərəm ki, Giltex, COP29 Tekstil Tərəfdaşı olaraq konfrans əməkdaşları üçün polo, qısaqol köynək, klassik köynək, ekoçanta və şalvar məhsulları istehsal edib. Bizim tərəfimizdən ümumilikdə COP komandası üçün 50 min ədəddən çox geyim istehsal edilib. Bu geyimlərin hazırlanmasında yerli pambıqdan və innovativ texnologiyalardan istifadə edilib. Eyni zamanda qeyd edim ki, bu geyimlərin bir qismi təxminən 2 minə qədəri antibakterial texnologiyalardan istifadə edilərək hazırlanıb. Əsas məqsədlərimizdən biri istehsalatımızı daha da böyütmək və bu sahədə daha yaşıl texnologioyaları Azərbaycana gətirməkdir.
Qeyd edək ki, “Giltex” olaraq, davamlılıq istiqamətində COP-dan əvvəl də bir sıra mühüm addımlar atmışıq və gələcəkdə ekoloji baxımdan daha dost yanaşmalar tətbiq etməyi planlaşdırırıq.
Şirkətdə bütün işıqlandırma sistemimizi LED işıqlarla əvəz etməklə enerji səmərəliliyini artırmışıq. Bundan əlavə, CO2 emissiyalarının əsas təsir nöqtələrini (pressure points) müəyyənləşdirərək, CO2 bazalarını (baselines) hazırlamışıq. "Giltex" yaxın illərdə bu nöqtələrdə vəziyyətin yaxşılaşdıraraq daha ekologiya dostu fəaliyyətlərə keçid etməyi hədəfləyir.
Hal-hazırda, atmosferə buraxdığımız buxarı təkrar istifadə etməklə qaz istehlakını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırırıq. Bundan əlavə, toxuma sahəsində hava istehlakını 20% azaltmaqla eletkrik enerjisi istifadəsini azaltmaq istəyirik. Həmçinin havalandırma sistemlərinin yeniləyərək bununla elektrik enerjisi sərfiyyatını minimuma endirməyi nəzərdə tuturuq.
COP29 bu təcrübələri bölüşmək və hədəflərimiz istiqamətində irəliləmək baxımdan bizim üçün fürsətlər yaradır.
-“GİLTEX”in illlik istehsal gücü nə qədərdir?
-GiLTEX Tekstil Fabriki 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Fabrik 15 hektar ərazidə 70 min kv.m. istehsal sahəsini əhatə edib. 1000-dən çox işçi çalışır. İplik, toxuma, hörgü, boyama, tikiş və maska istehsalı fabrikləri fəaliyyət göstərir. İstehsal gücü illik 18 milyon metr parça, 1800 ton trikotaj, 1 milyon yataq dəsti və 250 min uniforma təşkil edir.
-Kamran bəy, bildiyimiz qədər yerli bazarla yanaşı istehsal etdiyiniz məhsulların bir hissəsi ixraca yönəlir? İstehsalın hansı həcmini ixraca yönəldirsiniz?
- Artıq 12 ildir ki, fəaliyyət göstəririk. Burada biz əsasən dəsmallar, yataq dəstləri, müxtəlif geyimlər, uniformalar istehsal edirik. İstehsal etdiyimiz məhsulları daha çox MDB ölkələrinə, o cümlədən Rusiya bzarına ixrac edirik. Eyni zamanda bu məhsulları Avropa və Yaxın Şərq ölkələrinə ixrac etmək planlarımız var. Ümumilikdə isə istehsal etdiyimiz məhsulların 50%-ə qədəri ixraca yönəldilib.
Qeyd etdiniz ki, ixrac bazarlarından biri kimi Avropa əsas hədəflərdən biridir. Bunun üçün hansısa sertifikatlar tələb olunurmu?
-“GILTEX”in üstünlüyü ondan ibarətdir ki, bir sıra beynəlxalq keyfiyyət sertifikatlarına sahibdir. ISO 9001- 2015 – Keyfiyyət İdarəetmə Sistemi, ISO 14001- 2015 – Ətraf Mühit Standartlarına uyğunluq , ISO 45001- 2018 – İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi, AZS Uyğunluq Sertifikatı – Məhsulların milli standartlara uyğunluğunu təsdiq edən sertifikatı və bir çox sertifikatlara sahibik. Ötən ay biz BSCI sertifikatını aldıq. GiLTEX bu sertifikata layiq görülən Azərbaycanın ilk tekstil şirkəti kimi qlobal təşkilatlar arasında öz yerini alıb. Avropa bazarına çıxmaq üçün bu sertifikat çox vacibdir.
-Avropa bazarlarında tekstil sahəsində digər ölkələrlə rəqabət apara biləcəyikmi?
-Təbii ki, Banqladeş, Hindistan və Çin kimi böyük istehsalçılarla rəqabət aparmaq biraz çətindir. Bunun əsas səbəblərindən biri bu ölkələrdəəməkhaqqının qat-qat aşağı olmasıdır. Ona görə də şirkət olaraq daha marjinal məhsulların istehsalına üstünlük veriririk. Eyni zamanda beynəlxalq sertifikatlarımız bizim rəqəbət üstünlüyümüzü artırır.Onuda qeyd edim ki, MDB ölkələri bizim məhsulları idxal edilərkən gömrük rüsumları tutulmur, Avropa ölkələrində isə idxalçılar gömrük rüsumları ödəyirlər. Bu da əlbətdə ki, bizim Avropa bazarlarında rəqabətimizə mənfi təsir göstərə bilər. Amma daha çox premium məhsulların istehsalına fokuslanmışıq. Bu sadə düşünürük ki, bizim təklif etdimiz məhsullar daha da rəqabətə davamlıq olacaq.
© APA
Müştərilərin xəbərləri
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
1 gün əvvəl
Süd vəzi xərçənginə dəstək məqsədilə “GüclüSən” sığorta məhsulu təqdim olunub
-
-
1 gün əvvəl
“Chicken Pro”ya məxsus “Səba” mağazaları fəaliyyətini müvəqqəti dayandırıb – SƏBƏBİ AÇIQLANIB
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
-
1 gün əvvəl
Neft Fondu 9 ayda neft-qaz satışından 8 milyard manata yaxın gəlir əldə edib
-
1 gün əvvəl
Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI
-
1 gün əvvəl
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gömrükdən yükün maneəsiz keçirilməsi üçün pul almaqda ittiham olunan şəxs məhkəmə qarşısına çıxarılır
Qarabağ və Şərqi Zəngəzərə daha 13,2 MİLYARD MANAT ayrılacaq
"SOCAR və BP Üstyurtda altı blokda geoloji-kəşfiyyat işləri aparır"
Noutbuk 400 manat, qəhvə maşını 550 manat, paltaryuyan 480 manat, planşet 160 manat ucuzlaşdı – ENDİRİM BAŞLADI ®
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlarla bağlı cinayət işi başlanıb – Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan ®
Holcim Azərbaycan “BakuBuild” sərgisində qabaqcıl dayanıqlı həllərini və ekoloji məhsul portfelini təqdim edir ®






















