Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Buradan mal alan müştərilər, ikinci dəfə mağazaya qayıdırlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Buradan mal alan müştərilər, ikinci dəfə mağazaya qayıdırlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Paris Gallery” mağazasına jurnalistlər üçün info-tur keçirildi

Reklam_3_11

 

28 avqust 2017-ci il tarixində Bakıda yeni açılmış “Paris Gallery” mağazasına jurnalistlər üçün info-tur keçirildib. Media nümayəndələriyeni açılmış mağazanın dəbdəbəli və orijinal dizayna malik mərtəbələrində təqdim edilən çoxçeşidli brend məhsullarla əyani tanış olublar.

 

Mağazanın rəhbəri Rasim Hacıyev media nümayəndələrinə məlumat verib ki, “Paris Gallery” şəhərin mərkəzində və çox rahat bir yerdə yerləşir. Belə ki, keçmiş Araz kinoteatrının yerində, Nizami küçəsi ilə yanaşı olan İslam Səfərli 3 ünvanında yerləşən mağaza 3 mərtəbədən ibarətdir. Tamamilə yenilənmiş və təmir olunmuş bir binada fəaliyyət göstərən mağazaya yeni dizayn verilib:

 

“Dükanın  “-  1” mərtəbəsi ofis, birinci mərtəbə isə parfümeriya, kosmetika  və dəriyə qulluq məhsulları,  həmçinin gözəllik salonu ilə xidmət göstərir. İkinci mərtəbə brend qol saatları, çantalar, aksessuarlar və gün eynəklərinin satıldığı yerdir. 3-cü mərtəbə isə digər mərtəbələrdən tam fərqli və dizaynı ilə seçilən mərtəbədir.Ümumi sahəsi 1500 kvadratmetrdən artıq olan mağaza təqdim etdiyi məhsulların çeşidliliyi və keyfiyyəti, orijinallığı ilə Bakıda fərqli bir statusa malikdir”.

 

Mağaza rəhbəri bildirib ki, buradan mal alan müştərilər, çox keçməmiş ikinci və üçüncü dəfə mağazaya qayıdırlar. “Paris Gallery”nin daha bir üstün keyfiyyəti ondadır ki, burada hər bir müştəriyə individual yanaşılır, yüksək xidmət göstərilir, onların bütün istək və sorğuları qayğıkeşliklə cavablandırılır.            

 

Qeyd edildi ki, Bakıda yerləşən “Paris Gallery” mağazası, mərkəzi Dubayda yerləşən “Paris Gallery” şirkətlər qrupunun bir filialıdır: “Bu da bizə imkan verir ki, şirkətlər qrupunun istehsalı olan brend malları birbaşa, vasitəsiz olaraq mərkəzdən alaq. Bakıda yerləşən mağaza isə “Paris Gallery”nin ümumilikdə sayca 85-ci mağazasıdır. Şirkətlər qrupunun digər mağazaları Yaxın Şərq ölkələrində yerləşir. Bakıda yerləşən mağaza isə şirkətlər qrupununAvropadakı ilk satış mərkəzi sayılır. Mağazada müxtəlif parfüm seriyaları təqdim edilir ki, bunlardan biri də 8 eksklüziv, yəni sözügedən “Paris Gallery” mağazasından başqa heç bir yerdə satılmayan brendləri təqdim edən seriyadır.

 

Mağazanın satış direktoru, Dubaydan gəlmiş, ərəb əsilli Həsən Kaddura bildirdi ki, “Paris Gallery” 1992-ci ildə Dubayda yaradılıb: “Paris Gallery” Yaxın Şərq və Cənubi Afrikada ilk lüks mağazalar şəbəkəsidir. Mağazaların dünyadakı ümumi sahəsi 1 milyon kvadratmetrdən çoxdur. “Paris Gallery” öz müştərilərinə 650-dən çox beynəlxalq ticarət markalarının böyük assortimentini təqdim edir. Şirkətlər qrupunun 75 fərqli millətdən olan 4 mindən artıq işçisi var.Şəbəkə BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyn, İraq, Omandan başqa, Azərbaycanda da fəaliyyətə başlayıb. Mağazada hələ ki, 14 eksklüziv brendin təqdimatı nəzərdə tutulub. Gələcəkdə Bakıda daha belə bir mağazanın açılması planlaşdırılır.

 

Növbəti belə bir mağazanın Bakıda tikilməkdə olan alış-veriş mərkəzində açılacağı gözlənilir. Məqsədimiz dünyada lüks brendlərin pərakəndə satıcısı kimi öncül olmaqdır”.

 

Qeyd edək ki, mağazada “Giorgio Armani”, “Tom Ford”, “Burberry”, “Guerlain”, “Creed” kimi brendlərin ətirlərinin geniş seçimi təqdim olunub. Bakıda ilk dəfə təqdim olunmuş “Amorino”, “Cupid”, “Music de Parfum”,” Blend oud”, “Nasamat”, “Mood”, “Perfume Treasure” kimi eksklüziv və digər brendləri burada tapmaq mümkündür. Qeyri-adi və möhtəşəm ətirlər parfümeriya pərəstişkarları üçün böyük fürsət vəd edir. Həmçinin “Clinique”, “Estee Lauder”, “Lancome”, “Sisley”, “Yves Saint Laurent” və “Elemis” kimi aparıcı brendlərin klassik elit kosmetikasının təqdimatı da ayrıca cəlbedicidir. Moda həvəskarları Paris Gallery mağazasının ən yaxşı dünya brendlərindən ən son mövsümi kolleksiyalarının dəbli aksessuarlarını və zərif saatlarını təqdim etdiyini bilməyə çox şad olacaqlar. 

29.08.2017 09:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ