bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionu üzrə rəhbərliyinə 2 yeni təyinat olub
bp, Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə iki yeni təyinat olub.
Bu barədə Marja.az-a bp-Azərbaycandan bildirilib.
Qeyd edilib ki, Çingiz Hacıyev 2025-ci ilin yanvar ayından bp-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti vəzifəsinə təyin edilir.
Yeni vəzifəsində Çingiz bp-nin qlobal neft və qaz biznesinin inkişafı üzrə rəhbər heyətinin üzvü olacaq və neft və qaz biznesinin inkişafı bölümünün rəhbəri, vitse-prezident Əndi MakOslanın rəhbərliyi altında çalışacaq. O, Bakı ofisində fəaliyyət göstərərək əsas diqqətini bp-nin AGT regionundakı biznes işlərinə yönəldəcək və AGT rəhbərliyində biznesin inkişafı üzrə bp-nin qlobal komandasını təmsil edəcək.
Hazırda Çingiz Rumeyla Əməliyyat Təşkilatının baş maliyyə direktoru vəzifəsində bp-nin İraqdakı Birgə Müəssisə Korporasiyasında (BECL) çalışır.
Çingiz bp-də fəaliyyətinə 1998-ci ildə başlayıb və Azəri-Çıraq-Günəşli üzrə biznesin inkişafı meneceri, AGT-də yeni imkanlar üzrə biznesin inkişafı meneceri və Şahdəniz sahəsinin planlaşdırma və kommersiya meneceri vəzifələri də daxil olmaqla, bir sıra kommersiya və maliyyə vəzifələrində çalışıb.
Çingizin Vorvik Universitetindən magistr və Azərbaycan Dövlət İqtisad Universitetindən bakalavr dərəcələri var.
Ailəlidir, iki övladı var.
Stüart Şou 2 dekabr 2024-cü il tarixindən AGT regionunda hasilat üzrə vitse-prezident vəzifəsinə təyin edilir. Bu vəzifədə Stüart bp-nin London ofisinə qlobal apstrim hasilatı üzrə baş vitse-prezident vəzifəsinə təyin olunmuş Elxan Məmmədovu əvəz edəcək.
Yeni vəzifəsində Stüart AGT regionunun biznes rəhbərliyinin üzvü olacaq.
Hazırda Stüart bp Qrupunun hasilat, inteqrasiya və transformasiya üzrə vitse-prezidentidir. Onun əsas vəzifə öhdəliklərinə hasilat strategiyasının layihələndirilməsi və icrası, mərkəzi hasilatı idarəetmə bölümünə rəhbərlik və bp-nin qlobal biznesləri üzrə hasilatın optimallaşdırılması və yüksək standartların təmin edilməsi daxildir.
Stüart bp-də fəaliyyətinə 1998-ci ildə başlayıb və o vaxtdan bəri Şimal dənizi, Alyaska və Misirdə əməliyyatlar və yataqlar üzrə hasilatın idarə olunması ilə bağlı müxtəlif vəzifələrdə çalışıb. Əməliyyatlar bölməsində dəniz qurğusu meneceri və əməliyyatlar üzrə menecer rəhbər vəzifələrdən əlavə, Stüart strateji transformasiya proqramlarına da rəhbərlik edib və Şimal dənizində və Misirdə bp-nin bir neçə iri layihələrinin təhlükəsiz və səmərəli şəkildə işə salınmasına nəzarət edib.
Hazırkı vəzifəsindən əvvəl Stüart bp-nin Şimalı Afrika biznesində hasilat üzrə vitse-prezident vəzifəsində çalışıb.
Stüartın Mançester Universitetindən magistr dərəcəsi var.
Ailəlidir, iki övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
6 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
7 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
7 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
7 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)













