Qızıl 1-ci, pambıq mahlıcı 2-ci, pomidor 3-cü olu - AZƏRBAYCANIN XARİCƏ ƏN ÇOX SATDIĞI QEYRİ-NEFT MHSULLARI
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac İcmalı”na əsasən, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,6% artaraq 803,1 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 10 ayı ərzində ixrac səbətində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 61,8% artaraq 35,2 milyon ABŞ dolları, pambıq lifi 63,9% artaraq 161,4 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 29.4% artaraq 22,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18,6% artaraq 237,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 15,8% artaraq 59,4 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində ixrac olunan aqrar məhsullar 5,7% artaraq 603,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 60,3% artaraq 260,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 864,4 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-oktyabr ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (163.4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,4 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (142 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2024-cü ilin yanvar-oktyabr ərzində Rusiya Federasiyasına 956.7 milyon ABŞ dolları, Türkiyəyə 477,6 milyon ABŞ dolları, Gürcüstana 234,6 milyon ABŞ dolları, İsveçrəyə 168,9 milyon ABŞ dolları, ABŞ-a isə 118,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2024-cü ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (113 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda İsveçrə (49.3 milyon ABŞ dolları) ikinci və Türkiyə (42.5 milyon ABŞ dolları) üçüncü olub.
2024-cü ilin oktyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (48,1 milyon ABŞ dolları) birinci, xurma (23,8 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,4 milyon ABŞ dolları) üçüncü olub.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
10 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
11 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 11 saat əvvəl
-
11 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 11 saat əvvəl
-
12 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























