Naxçıvanda növbəti torpaq hərracında 7 sifarişçi qalib olub
Noyabrın 29-da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 4 bələdiyyəsinə məxsus 7 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı növbəti hərrac keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, Culfa və Kəngərli rayon bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələrinin hərracında iştirak etmək üçün 13 sifarişçi qeydiyyatdan keçib və iddiasında olduğu əmlak üçün ən yüksək qiyməti təklif edən 7 sifarişçi hərracın qalibi olub.
Məlumat üçün bildirək ki, Mərkəz tərəfindən “Azərterminalkompleks” Birliyi ilə bağlanmış müqaviləyə əsasən ilk dəfə olaraq 4 noyabr 2024-cü il tarixdə gömrük hərracı və 17 noyabr 2024-cü il tarixdə Ordubad rayonunda yerləşən kiçik dövlət müəsissəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib. Əmlakların satışı ilə bağlı növbəti hərracın isə 6 dekabr 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























