#CodeForFuture— İT sahəsində Azərbaycan tələbələrinin uğura gedən yolu
#CodeForFuture layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Code Academy” və Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi “Alqoritmika” ilə əməkdaşlığı çərçivəsində 2021-ci ildən etibarən Azərbaycanda İT təhsilinin inkişafına töhvə verməkdədir. Bu müddət ərzində 5000-dən çox tələbə #CodeForFuture dərslərində iştirak edib və sahə üçün zəruri olan rəqəmsal bacarıqlara yiyələnib.
2024-cü il 28 oktyabr tarixində #CodeForFuture layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4 və 5-ci kurs tələbələri üçün Bakı Avropa Liseyinə tur təşkil edilib.
Tədbir vasitəsilə 14 tələbə müasir təhsil texnologiyaları ilə tanış olub, rəqəmsal bacarıqlara dair mühazirələrdə iştirak edib və tədris prosesini izləyiblər. Bu isə öz növbəsində tələbələrə real şəraitdə tədris prosesini müşahidə etmək, uşaqlarla işləmək üzrə praktiki təcrübə qazanmaq və təhsil prosesinə yaxından bələd olmaq imkanı yaradıb.
Layihə çərçivəsində keçirilən silsilə tədbirlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam edib. Belə ki, 5 və 22 noyabr tarixlərində baş tutan görüşlərdə ölkənin qabaqcıl İT mütəxəssisləri: “PAŞA Sığorta” şirkətinin Baş sistem administratoru Rəsul Rəsulzadə və həm xarici, həm də yerli şirkətlərdə 10 ildən çox təcrübəyə malik Babək Nağıyev tələbələrlə görüşüblər. Bu görüşlər tələbələrin peşəkar inkişafı üçün mühüm addım olmuşdur. İştirakçılar İT sənayesinin mütəxəssisləri ilə birbaşa ünsiyyətdə olaraq cari trendlər, innovasiyalar və karyera imkanları ilə bağlı məlumat əldə ediblər. Bunlarla yanaşı, xaricdə iş imkanları, məsafədən icra oluna bilən işlərə müraciət etməzdən əvvəl edilməli olan və beynəlxalq bazarda tələb edilən bacarıqlar haqqında ətraflı məlumat təqdim edilib. Mütəxəssislər öz təcrübələrini bölüşərək bu sualları cavablandırıb və peşəkar bacarıqların inkişafı üçün tövsiyələr veriblər.
2024-cü ilin yekun tədbiri isə 6-8 dekabr tarixlərində keçiriləcək “Code8” hakatonu olacaq. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və “Code Academy”nin dəstəyi ilə baş tutacaq tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşat Universitetinin tələbələri öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Hakatonda iştirakçılar real təcrübəyə əsaslanan tapşırıqları qısa zaman çərçivəsində həll edərək tərtibat və proqramlaşdırma sahəsində bacarıqlarını ortaya qoyacaqlar. Layihələr İT mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və ən yaxşı işlər innovativ yanaşmaları və yüksəkkeyfiyyətli icrasına əsasən mükafatlandırılacaq. Bu hakaton tələbələrin texnologiya sahəsində uğurlu karyeraya hazırlığı üçün vacib mərhələ hesab olunur.
#CodeForFuture layihəsi tələbələrlə peşəkarları bir yerə gətirərək Azərbaycanda yüksəkixtisaslı İT icması formalaşdırmağa davam edir. Bu təşəbbüs gənclərin uğurlu karyeralarına hazırlıq görməsinə və rəqəmsal dünyada yeni nailiyyətlər qazanmasına töhfə verir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı

























