Azərbaycanda uşaqlar üçün həyat sığortası mövcuddur?
Cəmi 30 AZN ödəməklə, övladınızın sağlamlığını 3 il müddətinə 15 000 AZN təminatla sığortalaya bilərsiniz.Bir çox aparıcı dövlətlərdə məşhur olan uşaqlar üçün həyat sığortası bəs, görəsən, Azərbaycanda mövcuddur? Bu sığorta məhsulu ölkələrə və şirkətlərə görə fərqli adlandırılıb, fərqli təminatlar təklif edir.
Avropa və Amerikada sığorta şirkətləri tez-tez insanların statistik həyat dəyərinə görə hesablama aparırlar. Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir. Statistikalar xərçəngin ümumilikdə artım tendensiyasını göstərir. Bu səbəbdən uşaqların vaxtında müayinəsi və erkən diaqnoz qoyulması çox vacibdir. Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir.
İnkişaf etmiş və inkişafda olan bir çox ölkələrdə ailələrin prioriteti uşaqların həyatı ilə bağlı olur. İlk növbədə ailədəki azyaşlıların həyatı sığorta olunur.
Bəs bu proses Azərbaycanda necədir? Uşaqlarımızın həyatını sığorta edə bilirikmi?
Bəli, ölkəmizdə uşaqlar üçün həyat sığortası mövcuddur. Bu sığorta növü ilə uşaqları bir sıra kritik xəstəliklərdən sığortalamaq mümkündür. Buna misal olaraq, xərçəng, böyrək çatışmazlığı, iflic, əsas orqanların transplantasiyasını qeyd etmək olar. Bu sığorta növü 1-18 yaşlı uşaqlara şamil olunur.
Valideynin ödədiyi məbləğ qarşılığında əldə edəcəyi təminat olduqca yüksəkdir. Cəmi 30 AZN ödəməklə, övladınızın sağlamlığını 3 il müddətinə 15 000 AZN təminatla sığortalaya bilərsiniz. Bununla yanaşı, xəstəliklərin müalicəsi məqsədilə ödənilmiş məbləğin istifadəsi isə valideynin tam ixtiyarına verilir.
Daha ətraflı məlumat üçün linkə daxil olun: Övladınızın Gələcəyi Üçün Uşaq Sığortasına Müraciət Edin
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























