“S&P”: 2027-ci ilə qədər Azərbaycanda neft hasilatı gündəlik təxminən 0,6 milyon barel olacaq
Azərbaycanda 2027-ci ilə qədər neft hasilatı (qaz kondensatı da daxil olmaqla) sutkada 0,58 milyon barel təşkil edəcək.
Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin məlumatlarında bildirilir.
"Neft hasilatı (qaz kondensatı daxil olmaqla) 2027-ci ilədək orta hesabla gündəlik 0,58 milyon barel səviyyəsində qalacaq. “Azəri-Çıraq-Günəşli” kimi əsas neft yataqlarının köhnəlməsi səbəbindən hasilat son illərdə davamlı olaraq azalaraq 2019-cu ildəki 0,79 milyon bareldən 2023-cü ildə 0,65 milyon barelə düşüb. Hesab edirik ki, 2024-cü ildə hasilat orta hesabla gündəlik 0,58 milyon barel təşkil edəcək və növbəti bir neçə il ərzində bəzi yataqlardakı davamlı azalmanın digərlərindəki kiçik əlavə güclər hesabına kompensasiya edilməsi nəticəsində hasilatda müəyyən sabitləşmə baş verəcək", - agentlik qeyd edib.
“S&P”nin qiymətləndirmələrinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri hasilatdakı azalmanı yavaşlatmaq üçün əlavə investisiyalar yatıracaq.
"Lakin uzunmüddətli perspektivdə hasilat, çox güman ki, azalmağa davam edəcək", - analitiklər hesab edirlər.
“S&P” proqnozlaşdırır ki, Azərbaycanda kommersiya qaz hasilatı ildə 36-37 milyard kubmetr səviyyəsində sabitləşəcək.
"Azərbaycanda qaz hasilatı Şahdəniz qaz yatağının ikinci mərhələsinin işlənməyə başladığı 2018-ci ildən əhəmiyyətli dərəcədə artıb və 16 milyard kubmetr platosuna çatıb. Ümumilikdə, hesab edirik ki, Azərbaycan pik qaz hasilatına yaxınlaşıb və bir neçə il ərzində bu səviyyəni qoruyub saxlayacaq".
“S&P” analitikləri qeyd edirlər ki, uzunmüddətli perspektivdə Azərbaycanda qaz hasilatını artıra biləcək bir neçə layihə mövcuddur. Bunlara “Abşeron” yatağının ikinci mərhələsi (hasilatın ildə 1,5 milyarddan 5 milyard kubmetrə qədər artırılması), AÇG blokundakı dərin qatlardan hasilat, “Ümid”, “Babək” və “Qarabağ” yataqlarının işlənməsi daxildir.
"Bu layihələr planlaşdırma mərhələsindədir və hasilatın başlanması üçün bir neçə il tələb olunacaq (hər bir halda həyata keçirilmə qərarının qəbul edilməsi şərtilə)", - məlumatda vurğulanır.
Agentlik hesab edir ki, Azərbaycanın Avropaya qaz ixracını artırması boru kəməri infrastrukturunun daha da genişləndirilməsini tələb edəcək: "Belə genişlənmə Azərbaycan və Avropa alıcıları arasında təchiz edilən qazın uzunmüddətli həcmləri və qiymətləri ilə bağlı razılaşmalardan asılı olacaq".
“S&P” vurğulayıb ki, Azərbaycan hökuməti bərpa olunan enerji mənbələrinin inkişafını fəal şəkildə təşviq edir:
“Xüsusilə, ölkənin günəş, külək və hidroenerji potensialından istifadə planları var. Bundan əlavə, Xəzər regionundan Macarıstan və Rumıniyaya “yaşıl elektrik enerjisi”nin ixracına imkan verəcək Qara dənizin dibi ilə enerji kabelinin çəkilişi layihəsi üzərində iş davam edir. Azərbaycanda bərpa olunan enerji istehsalının əlavə gücləri hazırda qazla istehsal olunan daxili elektrik enerjisinin bir hissəsini əvəz edə bilər. Bu da ixrac boru kəməri güclərinin genişləndirilməsi şərtilə Avropaya əlavə qaz həcmlərinin təchizinə gətirib çıxara bilər".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 d. əvvəl
-
-
11 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 38 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
2 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
-
2 saat əvvəl
Gəncə Cümə məscidində təmir-bərpa işləri üçün 1,6 milyon manat ayrıldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib





















