Dövlət Xidməti “Rəqabət terminlərinin izahlı lüğəti”nin təkmilləşdirilmiş II nəşrini təqdim edib
Rəqabət tənzimləmələrinə aid 160-dan çox terminin yer aldığı lüğət müvafiq sahədə terminologiyanın anlaşıqlı formada izahını ehtiva edir və maraqlı tərəflərin maarifləndirilməsinə xidmət edir.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Rəqabət terminlərinin izahlı lüğəti”nin təkmilləşdirilmiş II nəşri təqdim edilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, rəqabət tənzimləmələri zamanı istifadə olunan terminlərin nəzəri və praktiki əsasları da nəzərə alınaraq hazırlanmış lüğətin nəşrində məqsəd rəqabət iqtisadiyyatı və rəqabət hüququ sahəsində dövlət qulluqçularını, hüquqşünasları, iqtisadçıları, özəl sektorda çalışan müxtəlif peşə sahiblərini, tələbələri və ümumiyyətlə rəqabətlə maraqlanan hər bir vətəndaşı maarifləndirməkdən ibarətdir.
Lüğətdə 160-dan çox rəqabət tənzimləmələri termini yer alıb. Bu zaman terminlərin rəqabət qanunvericiliyindəki ümumi mənası nəzərə alınaraq milli qanunvericiliyə, beynəlxalq təşkilatların və bir sıra ölkələrin rəqabət siyasəti ilə bağlı nəşrlərinə istinad edilib. Bununla da, geniş ictimaiyyətin terminlərlə bağlı əhatəli məlumat əldə etmək imkanları təmin edilib.
Lüğətin ilk nəşrində istifadə edilən bir sıra terminlərin izahı genişləndirilib, praktiki nümunələr əlavə edilərək istifadəsi asanlaşdırılıb. Bundan əlavə, bir sıra yeni terminlər də bu nəşrdə lüğətə əlavə edilib və bütün terminlərin Rəqabət Məcəlləsinə uyğunlaşdırılması təmin edilib.
Lüğətin istifadəsi rəqabət tənzimləmələri sahəsinə ictimai marağı artıracaq və maarifləndirmə prosesini sürətləndirəcəkdir. Bu baxımdan lüğət ümumi istifadə üçün nəzərdə tutulub və normativ hüquqi akt xüsusiyyətlərini daşımır.
“Rəqabət terminlərinin izahlı lüğəti” elektron formatda Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Məlumat mərkəzi” bölməsində (https://bit.ly/4075lL3) yerləşdirilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 31 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı






















