"PAŞA Bank" 2024-cü ildəki gəlir və mənfəətini açıqladı
Korporativ, kiçik və orta bizneslər, fərdi sahibkarlar və fiziki şəxslərə bir sıra innovativ bank xidmətlərini təqdim edən "PAŞA Bank" ASC 2024-cü ili 210 milyon 538 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 199 milyon 209 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 11 milyon 329 min manat və ya 5,7% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2024-cü ildə “PAŞA Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 729 milyon 537 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 467 milyon 150 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 262 milyon 386 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 5 milyon 49 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 56 milyon 896 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə “PAŞA Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 669 milyon 696 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 377 milyon 318 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 292 milyon 378 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 36 milyon 162 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 57 milyon 8 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "PAŞA Bank"ın cəmi əməliyyat gəlirlərinin 59 milyon 841 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 89 milyon 832 min manat atrtıb. Xərclər gəlirlərdən daha çox artdığı üçün bankın əməliyyat mənfəəti 29 milyon 992 min manat azalıb.
KREDİT PORTFELİ 3,3 MİLYARD MANATI AŞIB
2024-cü ildə “PAŞA Bank”ın cəmi aktivləri 431 milyon 193 min manat və ya 5% azalaraq 31 dekabr 2024-cü il tarixində 8 milyard 220 milyon 178 min manat təşkil edib. 2023-cü ilin sonunda Bankın cəmi aktivləri 8 milyard 651 milyon 371 min manata çatmışdı. Ötən il “PAŞA Bank”ın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 467 milyon 834 min manat və ya 16,5% artaraq 3 milyard 303 milyon 277 min manata yüksəlib.
Bankın cəmi aktivlərinin azalamsına, əsasən, ticarət və investisiya qiymətli kağızlara investisiyaların, banklar və digər maliyyə institutlarındakı depozitlərin, banklar və digər maliyyə institutlarına verilən kreditlərin azalması səbəb olub. Ötən il “PAŞA Bank”ın ticarət və investisiya qiymətli kağızlara investisiyalar portfeli 163 milyon 733 min manat azalaraq 1 milyard 849 milyon 411 min manata, banklar və digər maliyyə institutlarındakı depozitlər portfeli 206 milyon 415 min manat azalaraq 1 milyard 248 milyon 398 min manata, banklar və digər maliyyə institutlarındakı depozitlər portfeli isə 29 milyon 395 min manat azalaraq 129 milyon 264 min manata düşüb.
2024-cü ildə “PAŞA Bank”ın cəmi depozit portfeeli 525 milyon 119 min manat və ya 7,6% azalaraq 6 milyard 410 milyon 56 min manata geriləyib. Bankda həm fiziki şəxslərin, həm də hüquq şəxslərin depozitləri azalıb.
Keçən il “PAŞA Bank”ın digər kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri 39 milyon 918 min manat və ya 6,7% artaraq 638 milyon 252 min manata yüksəlib.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
11 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 13 saat əvvəl
-
13 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























