"AccessBank"ın biznes kreditləri portfeli 122 milyon manata yaxın artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Ötən il Bankın biznes kreditləri portfeli 121 milyon 835 min manat artaraq 901 milyon 880 min manata çatıb. Bankın cəmi aktivləri 1,5 milyard manata yaxınlaşıb."AccessBank" QSC 2024-cü ili 54 milyon 62 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 39 milyon 838 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 14 milyon 224 min manat və ya 35,7% artıb. Xalis mənfəətin artması xalis gəlirin artmasından və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin azalmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, ötən il "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 242 milyon 548 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 171 milyon 994 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 70 milyon 554 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "AccessBank"ın cəmi əməliyyat gəlirləri 213 milyon 217 min manat, cəmi əməliyyat xərcləri 156 milyon 524 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 56 milyon 693 min manat təşkil etmişdi.
Ötən il "AccessBank"ın gəlirlərindəki artım (29 milyon 331 min manat) xərclərindəki artımdan (15 milyon 470 min manat) 13 milyon 861 min manat çox olduğu üçün Bankın əməliyyat mənfəəti də bir o qədər artıb.
"AccessBank" 2024-cü ilin 70 milyon 554 min manat əməliyyat mənfəətindən 7 milyon 494 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 8 milyon 998 min manat mənfəət vergisi ödəyib. 2023-cü ildə "AccessBank" 56 milyon 693 min manat əməliyyat mənfəətindən 16 milyon 855 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və mənfəət vergisi ödəməmişdi.
BANK BÖYÜYÜB
Keçən il "AccessBank"ın cəmi aktivləri 93 milyon 7 min manat və ya 6,7% artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyard 485 milyon 294 min manat təşkil edib. Bank 2023-cü ilin sonunda 1 milyard 392 milyon 287 min manat cəmi aktivlərə malik idi.
2024-cü ildə "AccessBank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 137 milyon 785 min manat və ya 13,6% artaraq 1 milyard 151 milyon 550 min manata çatıb. O cümlədən, bankın istehlak kreditləri portfeli 11 milyon 605 min manat artaraq 239 milyon 142 min manata, biznes kreditləri portfeli 121 milyon 835 min manat artaraq 901 milyon 880 min manata, ipoteka kreditləri portfeli isə 4 milyon 345 min manat artaraq 10 milyon 528 min manata qalxıb.
BANKDA ŞİRKƏTLƏRİN PULLARI ARTIB
Keçən il "AccessBank"da cəmi depozitlər 25 milyon 92 min manat azalaraq 31 dekabr 2024-cü il tarixində 1 milyard 26 milyon 483 min manat təşkil edib. O cümlədən bankda fiziki şəxslərin depozitləri 34 milyon 984 min manat azalaraq 807 milyon 482 min manata düşüşb, hüquqi şəxslərin depozitləri isə 9 milyon 892 min manat artaraq 219 milyoin 1 min manata yüksəlib.
2024-cü ildə "AccessBank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 53 milyon 330 min manat artaraq 197 milyon 501 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2024-cü il tarixində "AccessBank" QSC 185 milyon 16 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 143,5 milyon manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
11 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
13 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 15 saat əvvəl
-
15 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək


























