Bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri bahalaşıb, tələbdə azalma olacağı gözlənilir
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank tərəfindən 2024-cü ilin IV rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələri açıqlanıb.
Sorğunun 2024-cü il IV rüb üzrə nəticələrinə əsasən, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. Daxili ipoteka kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin artımı formasında olub. İKZF (İpoteka və Kredit Zəmanət Fondu) hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər
Ötən rübdən fərqli olaraq 2024-cü ilin IV rübündə cəmi ipoteka kreditlərinə tələb artıb. Respondentlərin cavablarına görə tələbdəki artım İKZF hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. Banklar 2024-cü ilin IV rübündə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən regiondakı layihələr üzrə evlərin kütləvi satışa çıxarılmasını tələbin artmasına təsir göstərən faktor kimi qeyd edib. Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipoteka kreditlərində isə tələbdə azalma olacağı qənaətindədirlər.
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital mövqeyi və maliyyələşmə dəyəri sərtləşdirici təsir göstərən faktorlar olub.
Bütövlükdə, sorğu nəticələrinə əsasən bankların ipoteka portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
12 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
13 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb

















