SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İstiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 6%, ödəniş dövrü 3 (üç) aydan bir, tədavül müddəti 5 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İ.Ş.” QSC-dir. Bu emissiya məhz ətraf mühit və ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsi məqsədi daşıyır.7 mart 2025-ci il tarixində “SOCAR Tower”də SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında (BFB) tədavülünə başlanması ilə bağlı tədbir keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, eləcə də BFB, MDM, bank, sığorta və investisiya şirkətlərinin rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra SOCAR istiqrazlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə edilən çıxışlarda dünya miqyasında bərpa olunan enerjiyə artan tələbat və ekoloji məsələlərə həssas yanaşmanın daha da yüksəlməsi fonunda Azərbaycanın strateji hədəflərindən, bu istiqamətdə ölkəmizin atdığı addımlardan bəhs olunub.
SOCAR-ın strateji hədəfləri çərçivəsində bərpa olunan enerji sahəsində reallaşdırılan və nəzərdə tutulan layihələr barədə məlumat verilib, bu xüsusda, “yaşıl istiqrazlar”ın SOCAR-ın dayanıqlı inkişaf hədəflərinə uyğun şəkildə daxili kapital bazarlarına qazandırdığı yenilik və səmərəlilik xüsusilə vurğulanıb.
Bununla yanaşı, 2016-cı ildən buraxılmağa başlanan SOCAR İstiqrazlarının yerli kapital bazarlarında formalaşdırdığı müsbət dinamika, investorların uzunmüddətli inam və marağının qazanılması, eləcə də bu istiqrazların son illər ərzində yaratdığı iqtisadi dəyər xüsusi qeyd edilib. SOCAR-ın “yaşıl istiqraz”larının bazara çıxarılmasının ekoloji cəhətdən daha dayanıqlı investisiya alətlərinin genişlənməsi baxımından strateji əhəmiyyət kəsb etdiyi və yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirildiyi diqqətə çatdırılıb.
Tədbirdə rəmzi “açılış zəngi”nin çalınması ilə SOCAR-ın “yaşıl istiqraz”larının BFB-də təkrar bazar əməliyyatlarına start verilib.
Daha sonra rəmzi istiqraz vərəqəsi imzalanıb və xatirə şəkili çəkdirilib.
Qeyd edilib ki, SOCAR-ın “yaşıl istiqraz”ları kapital bazarlarında şirkətin strateji mövqeyini daha da möhkəmləndirməklə bərabər, SOCAR-ın ekoloji dəyərlərə sadiqliyini və dayanıqlı inkişaf prioritetlərini də özündə əks etdirir.
Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda bildirilir ki, 200 milyon dollarlıq istiqrazlara 413 investor tərəfindən 220 milyon dollar məbləğində 548 sifariş təqdim edilib. İstiqrazlar tam məbləğdə (200 milyon dollar) yerləşdirilib.
Yerləşdirmədə sifariş saylarının 4%-ini hüquqi, 96%-ini isə fiziki investorlar təşkil edib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003019893
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı: 200 000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 ABŞ dolları
Buraxılış həcmi: 200 000 000 ABŞ dolları
Nominal (Yerləşdirmə) qiyməti*: 1 000 ABŞ dolları
Reallaşdırılmış həcm: 200 000 000 ABŞ dolları
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 220 000 000 ABŞ dolları
İnvestor sayı: 413
Sifariş sayı: 548
Anderrayter: “PAŞA Kapital İ.Ş” QSC
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
-
- 8 d. əvvəl
- 22 d. əvvəl
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
39 d. əvvəl
Unibank mikro sahibkarlar üçün keçirdiyi “Payız endirimi” kampaniyasını uzadıb
-
41 d. əvvəl
Dövlət Dəniz və Liman Agentliyi dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır
-
53 d. əvvəl
“SİMA İmza” ilə daha 30-a yaxın elektron vergi xidmətinə əlçatanlıq təmin edildi
-
55 d. əvvəl
Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
5 bankda 9 aylıq xalis mənfəət 40 milyon manatdan çoxdur
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
Bank 40-cı filialını Göyçayda açdı
Azərbaycanın avtomobil şirkəti özünün logistika şirkətini qurur
BİRMARKET-də ŞOOOK Cümə!
Rəsmi məzənnələr açıqlandı
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək














.jpg)






.jpg)


