Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən inflyasiyaya dair məlumatların proqnozların altında dərc olunması və Trampın tarif siyasıtinin beynəlxalq münasibətləri gərginləşdirməyə davam etməsi fonunda dolların major valyutalar qarşısında ucuzlaşması tendensiyası davam edib.
Belə ki, EUR/USD valyuta cütlüyü ötən gün 1.09410 səviyyəsindən bahalaşıb və bugün səhər 1.13830 səviyyəsinə qədər artım göstərib. Bu 2022-ci ilin fevral ayından bəri ən yüksək həddir. USD/JPY cütlüyü eyni dövr ərzində 2024-ci ilin oktyabr ayından bu yana ilk dəfə 142.880 səviyyəsinə qədər ucuzlaşıb. EUR/GBP cütlüyü isə 2009-cu ilin iyun ayından bəri ən yüksək səviyyəyə, 0.87250 həddinə qədər qalxıb.
Dolların ucuzlaşması investorların “güvənli liman” maliyyə aləti olaraq qızıla olan marağını artırıb və dəyərli metal tarixində ilk dəfə 3220$ səviyyəsinə qədər bahalaşıb. “Brent” markalı neftin qiyməti isə 63$ həddinin üzərində möhkəmlənməyə çalışır. Hazırda “qara qızıl” beynəlxalq birjalarda 63.50$-a ticarət olunur. “Bitcoin”-in qiyməti isə son iki gündə 80000$ səviyyəsinin altına düşüb.
Ötən gün ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumatlara əsasən, mart ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) illik ifadədə 2.4% artıb. Qiymət artımı fevral ayında dərc olunan 2.8%-lik göstəriciyə nisbətən zəifləyib. Aylıq ifadədə CPI indeksi fevral ayı ilə müqayisədə mart ayında 0.1% azalıb. Bu, 2020-ci ilin may ayından bəri, göstəricidə müşahidə olunan ilk azalmadır. Ölkədə baza inflyasiya indeksi (Core CPI) mart ayında fevral ilə müqayisədə 0.1%, illik ifadədə isə 2.8% artıb.
Həmçinin, dünən ABŞ-da işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı ötən həftə 4 min nəfər artaraq 223 min nəfərə çatıb. Martın 29-da başa çatan həftə üzrə işsizlik müavinəti almaqda davam edən amerikalıların sayı 1.893 milyon nəfərdən 1.85 milyon nəfərə qədər azalıb. Kanadada isə fevral ayı üçün Tikinti üzrə İcazələri Sayı 2.9% artıb.
Bugün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Eləcə də, Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksi, Böyük Britaniyada dərc olunacaq Tİcarət Saldosu, ÜDM və Sənaye Sektorunda İstehsal Həcmi və Türkiyədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri də bazar iştirakçıları maraqla gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








