Azərbaycan fevralda Türkiyəyə qaz nəqlini 13 % artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə ümumilikdə 1 milyard 671,86 milyon kubmetr təbii qaz ixrac edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 1,1 % çoxdur.
Bu ilin fevral ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 876,47 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 13 % çoxdur.
Bununla da fevralda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 13,62 %-i Azərbaycanın payına düşüb.
Ümumilikdə isə bu ilin yanvar-fevral aylarında Türkiyə 12 milyard 851 ,9 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur. Təkcə fevralda isə Türkiyə ümumilikdə 6 milyard 433,02 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da bir il öncəki göstəricisi ilə müqayisədə 16,64 % çoxdur.
Fevralda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. Rusiyadan Türkiyəyə 2 milyard 410,57 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin fevral ayı ilə müqayisədə 12,58 % azdır. İkinci yerdə ABŞ qərarlaşıb. Bu ölkə fevralda Türkiyəyə 2 milyard 019,92 milyon kubmetr qaz nəql edib. İl ərzində ABŞ-dən Türkiyəyə qaz nəqli 2,04 dəfə artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
6 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
7 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 7 saat əvvəl
-
8 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























