PashaPay Bir ekosistemi qlobal Money20/20 Europe tədbirində təmsil edəcək
İlk dəfə Azərbaycan şirkəti nüfuzlu Money20/20 Europe tədbirində təmsil olunacaq. Bir ekosistem Google, Microsoft və Nvidia kimi techfin nəhəngləri ilə eyni platformada yer alacaq(®) Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan PashaPay Bir ekosistemi təmsil edərək, 3-5 iyun tarixlərində Amsterdamda keçiriləcək ən böyük qlobal fintex konfransı – Money20/20 Europe tədbirində sponsor olaraq öz stendi ilə iştirak edəcək.
PashaPay və Bir ekosistem stendinin ziyarətçiləri Azərbaycanın maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində fəaliyyət göstərən aparıcı brendləri – m10, MilliÖn, Birbank və Umico da daxil olmaqla, Bir ekosistemin təqdim etdiyi innovativ həllərlə tanış olmaq imkanı əldə edəcəklər.
PashaPay bu nüfuzlu tədbirdə iştirakı ilə Azərbaycanın fintex ekosisteminin beynəlxalq səviyyədə tanıdılmasını, strateji tərəfdaşlıqların qurulmasını və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təcrübələrin öyrənilməsini hədəfləyir.
Onu da qeyd edək ki, ilk dəfə Azərbaycandan olan şirkətin dünyanın aparıcı fintex korporasiyalarının toplandığı Money20/20 Europe tədbirində iştirak edərək, Google, Microsoft və Nvidia kimi texnologiya və maliyyə (techfin) nəhəngləri ilə eyni platformada yer alması tədbirdə iştirakın əhəmiyyətini artırır.
Money20/20 Europe – ödəniş sistemləri, fintex və maliyyə xidmətləri sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biridir. Hər il Avropa, Asiya və ABŞ-da keçirilən bu tədbir minlərlə iştirakçını, bank və texnologiya liderlərini bir araya gətirərək gələcəyin maliyyə sistemini formalaşdırır.
PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
1 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
2 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 2 saat əvvəl
-
3 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























