SABAH.HUB rezidenti olan Aspire platforması Tanzaniya Təhsil İnstitutu ilə memorandum imzalayıb
Tanzaniya hökuməti təhsil sahəsində rəqəmsallaşmanı sürətləndirmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Aspire Educational Technologies” şirkəti ilə 3 illik əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqavilə Tanzaniya Təhsil İnstitutu (TIE) ilə şirkət arasında imzalanıb və tam orta məktəblər üçün kurikuluma uyğun rəqəmsal təhsil məzmunlarının hazırlanmasını nəzərdə tutur.
Layihə çərçivəsində Aspire tətbiqi tərəfindən 12 akademik və 4 peşə yönümlü, ümumilikdə 16 rəqəmsal kurs təqdim ediləcək. Hazırlanacaq resurslara 1000-dən artıq videodərs, 4000 test sualı və 1500 əlavə təhsil vəsaiti daxil olacaq. Məzmun tamamilə pulsuz təqdim olunacaq və şagirdlər və müəllimlər üçün əlçatan olacaq.
SABAH.HUB Innovasiya Mərkəzinin rezidenti olan "Aspire" bu layihə üçün Tanzaniyada fəaliyyət göstərən 20–25 müəllim və fənn mütəxəssisini cəlb edəcək, onları təlimləndirəcək və kontentin yaradılmasında iştiraklarını təmin edəcək. Məzmunun hazırlanması və tətbiqi Tanzaniya Təhsil İnstitutunun nəzarətində olacaq və milli təhsil standartlarına uyğunluq təmin ediləcək.
TIE-nin baş direktoru Dr. Aneth Komba bildirib ki: “Bu əməkdaşlıq ölkənin yenilənmiş kurikulumu ilə paralel aparılır və şagirdlərə yaradıcılıq, tənqidi düşüncə, rəqəmsal savadlılıq kimi bacarıqlar qazandırmaq məqsədi daşıyır.”
Aspire şirkətinin baş direktoru Dr. Rahul D’Mello isə qeyd edib ki: “Bu təşəbbüs şagirdlərin texnologiyaya əsaslanan tədris mühitinə inteqrasiyasını asanlaşdıracaq və təhsilin keyfiyyətinə mühüm töhfə verəcək.”
Bu tərəfdaşlıq Tanzaniyanın xüsusilə ucqar və imkanları məhdud bölgələrində təhsil resurslarına çıxışı genişləndirmək məqsədi daşıyır və rəqəmsal infrastrukturun gücləndirilməsi ilə bağlı ümummilli strategiyanın bir hissəsi hesab olunur. Mütəxəssislər bu əməkdaşlığı Afrika regionu üçün nümunəvi bir model kimi qiymətləndirirlər.
Aspire tətbiqi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün bu linkə keçid edə bilərsiniz: https://aspirelearning.app/az
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
3 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 4 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı





























