bp Azərbaycan üzrə yeni prezident təyin etdi
bp elan edir ki, Ciovanni Kristofoli (Giovanni Cristofoli) bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə yeni regional prezidenti təyin olunub. Cio bu vəzifənin icrasına 1 oktyabr 2025-ci il tarixindən başlayacaq və bp-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.Ciovanni Kristofoli (Giovanni Cristofoli) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə yeni regional prezidenti təyin olunub.
Bu barədə“BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Bildirilib ki, C. Kristofoli bu vəzifənin icrasına 1 oktyabr 2025-ci il tarixindən başlayacaq və BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.
Hazırda isə Ciovanni bp-nin texniki həllər bölümünün baş vitse-prezidentidir və şirkətin apstrim, emal, az karbonlu enerji və iştirakçısı olduğu birgə müəssisə bizneslərinə xidmət və çözümlər təqdim edən qlobal təşkilatına rəhbərlik edir. Onun rəhbərliyi altında bp texniki xidmət, qurğuların və avadanlıqların bütövlüyü və davamlılığı, sualtı işlərlə bağlı xidmətlər və bir çox digər sahələrdə işlərin yerinə yetirilməsi tərzini transformasiya edib.
Cio bu vəzifədə bp-nin regiondakı biznesinə 2017-ci ilin aprel ayından uğurla rəhbərlik edən Qəri Counzu əvəz edəcək. Qərinin bundan sonrakı vəzifəsi ilə bağlı məlumat sonra veriləcək.
bp-nin baş icraçı direktoru Marri Okinkloss: “Cio qlobal enerji sənayesində böyük təcrübəyə malik mütəxəssis və rəhbərdir. O, bu vəzifəyə strateji baxış, əməliyyatlarda mükəmməllik, transformasiya, artım və irəliləyiş sahələrində təsdiqlənmiş zəngin təcrübə ilə gəlir. bp-nin yeni regional prezidenti kimi Cio buradakı uğurlu tərəfdaşlıqlarımızı davam etdirəcək və dünya səviyyəli layihələrimizin və əməliyyatlarımızın qürur duyduğumuz tarixini irəli aparacaq.
Fürsətdən istifadə edərək mən həmçinin Qəriyə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki uğurlarının qazanılmasında rəhbərliyinə və göstərdiyi dönməzliyə görə öz səmimi təşəkkürümü bildirmək istəyirəm. Qəri son səkkiz ildə bizim regiondakı biznesimizi fərqləndirici bir qətiyyətlə idarə edib, hökumət, SOCAR və tərəfdaşlarımızla möhkəm əməkdaşlıqda bir sıra uğurlara və mühüm irəliləyişlərə nail olub. Xüsusilə, bu ayın əvvəlində Bakı Enerji Həftəsi çərçivəsində elan etdiyimiz beş yeni layihə bp-nin bu uğurlu birgə səylərə davamlı və get-gedə artan sadiqliyinin və regiondakı uzunmüddətli və seçilən tərəfdaşlığının daha bir göstəricisidir.
Mən Cioya və Qəriyə yeni vəzifələrində uğurlar diləyirəm.”
Əlavə edilib ki, Cio 24 ildir ki, bp-dədir və bu müddət ərzində şirkətin biznesinin müxtəlif sahələrində rəhbər vəzifələrdə çalışıb. O, 2021-ci ildən bp-nin texniki həllər bölümünün baş vitse-prezidentidir və bu vəzifədə o, şirkətin qlobal bir təşkilatına rəhbərlik edərək fərqli bir iş icrası təmin etmək məqsədilə bp-nin apstrim və emal biznesləri ilə sıx işləyib.
Onun rəhbərliyi altında bp-nin texniki həllər bölümü emal, sualtı işlər və texniki qulluq da daxil olmaqla bir sira daha geniş biznes sahələrində səmərəli icra, ən qabaqcıl təcrübə, texniki səriştə və biznesin təkmilləşdirilməsinin möhkəmlənməsinə kömək edib. Cio həmçinin bp-nin müxtəlif sahələri birləşdirən rəhbər qrupunun üzvü kimi şirkətin Azərbaycan, Misir, Trinidad və Şimal dənizində geoloji işlərinə yenidən baxılmasında və optimallaşdırılmasında aparıcı rol oynayıb.
bp-nin texniki həllər bölümünə rəhbərlik etməzdən əvvəl Cio bp-nin apstrim biznesində əməliyyatlar və idarəetmə sahəsində geniş təcrübə toplayıb. Onun əvvəlki vəzifələrinə hasilatın inteqrasiyası və transformasiyası üzrə vitse-prezident, həmçinin qlobal əməliyyatlar və iri layihələr üzrə vitse-prezident rolları daxildir. Bundan əlavə Cio İndoneziyada Tangguh LNG-də sahə əməliyyatları üzrə rəhbər və Şimal dənizində müxtəlif platformalarda mühəndislik və platforma meneceri kimi çalışıb.
Cio öz fəaliyyəti dövründə transformativ təşəbbüslərin həyata keçirilməsində aparıcı rol oynayıb. Bu cür səylər bp-nin əməliyyat səmərəliliyini və innovasiyanı yüksəltməklə mürəkkəb və yenilənən sənaye mühitinə uyğunlaşmaq və belə bir mühitdə irəli gedə bilmək mövqeyinə çıxmasını təmin edib.
Cio Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyasının sədridir. Bu mövqedə o, bütün neft və qaz sektorunda əməkdaşlığı fəal şəkildə təşviq edir və Assosiasiyanın daha təhlükəsiz, daha səmərəli və dayanıqlı sənaye təcrübələrinə doğru istiqamətlənməsinə kömək edir.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
7 saat əvvəl
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
-
9 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
10 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
10 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
11 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
11 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb






.jpg)









.jpg)







